SON XƏBƏRLƏR

Germidə milli fəallar əski yer adlarının bərpasını tələb edir

2022.04.25, 11:14
Germidə milli fəallar əski yer adlarının bərpasını tələb edir

Gunaz.tv

Aprelin 24-də kənd və yer adlarının farscaya çevrilməsinə etiraz olaraq təhrif olunmuş yer adlarını göstərən lövhələrin üzərində türk dilində olan qədim yer adlarını yazıblar.

Sosial mediada Abbas Lisani adına olan səhifə germili milli-mədəni fəalların aksiyası ilə bağlı fotolar yayıb.

Qeyd edək ki, bir müddət bundan öncə Xiyav şəhərinin Korabazlı kəndinin yerli əhalisi və kənd icra nümayəndəliyinin təşəbbüsü ilə əski türk yer adlarının bərpa olunmasına çalışılıb.

“Donuz ölə”, “Yol aşan”, “Hamar”, “Qırmızı təpə” “Aşağı çay", "Birlik" və başqa bu kimi tarixi adların yazıldığı lövhələr küçələrdə asılıb.  

Bununla yanaşı bütün əngəllərə baxmayaraq, Şərqi Azərbaycan əyalətinin Məlikan mahalında yerləşən Qaraçal kəndinin əhalisi kənddə fars şairlərinin adlarına olan lövhələri yığışdırıb.

Onların yerinə Səttarxan, Bağır xan, Şəhriyar, Bağçaban və başqa bu kimi Azərbaycan şəxsiyyətlərinin adlarına küçə lövhələri asıblar. 

content_image_1650866543.jpg

content_image_1650866502.jpg

content_image_1650866517.jpg

content_image_1650866528.jpg

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar