SON XƏBƏRLƏR

Ərtoğrul Sağlam: 35 milyon türk “Traxtur” üçün böyük potensialdır

2021.10.20, 07:36
Ərtoğrul Sağlam: 35 milyon türk “Traxtur” üçün böyük potensialdır

Gunaz.tv

GünAz TV: İranda 17-ci super liqa yarışları yekunlaşdıqdan sonra vətəni Türkiyəyə dönən Təbrizin “Traxtur” futbol komandasının baş məşqçisi Ərtoğrul Sağlam Azərbaycan komandası haqda önəmli sözlər deyib.

 

“Vərzeş 3” saytının yaydığı məlumata görə, o Təbrizi tərk etmədən əvvəl son aylarda çalışdırdığı komandanın potensial gücündən danışıb.

 

““Traxtur” çox xüsusi bir komandadır. Təbrizin 2 milyon əhalisi var, İranda ümumiyyətlə 35 milyondan çox türk yaşayır. Bütün bunlar “Traxtur” üçün böyük potensialdır. Komanda tərəfdarları düzgün korpusa çevrilərsə bu komanda “Beşiktaş”, “Fənərbağça” və “Qalatasaray” kimi komandaların sırasına keçə bilər. Belə bir komandaya baş məşqçilik etməyimlə fəxr edirəm”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Ə.Sağlam “Traxtur”un türk ölkələrində də sevildiyini diqqətə çatdırıb: “Bu komanda qonşu ölkələrdə də sevilir. Komanda tərəfdarları elə bir vəziyyət yaradıb ki, hətta Türkiyənin böyük komandalarının da belə bir şəraiti yoxdur. Lakin komanda tərəfdarları yenidən bir araya gələrək mövcud problemləri həll etməlidilər.”

 

Baş məşqçi sözlərinin davamında əlavə edib ki, “komandada fəaliyyətimin davamı haqda danışmaqdan əvvəl, ortaq hədəfə çatmaq üçün gərəkən faktorlardan söz açılmalıdır. Mən bu barədə klub rəhbərliyinə məlumat vermişəm, hər şey onların qeyd etdiyim şəraitə münasibətindən asılıdır.”

 

Son 4 aydır “Traxtur” komandasına baş məşqçilik edən Ə.Toğrul Sağlamın klubla müqaviləsinin müddəti başa çatıb. O, Azərbaycan klubu bir çox problemlə üz-üzə olduğu üçün fəaliyyət müddətində ciddi nəticə əldə edə bilməyib. Lakin “Traxtur” komandaları hələ də türkiyəli mütəxəssisin komandaya baş məqçilik etməsini tələb edirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar