SON XƏBƏRLƏR

"İran Nətənzdə yeraltı nüvə obyektini genişləndirir"- "Yeruselim post"dan iddia

2022.02.18, 06:08
"İran Nətənzdə yeraltı nüvə obyektini genişləndirir"- "Yeruselim post"dan iddia

Gunaz.tv

Qzəet və bunun baş tutacağı halda onu göydən hədəfə almağı çətin olacağını yazıb.

“Yeni mərkəz yerin dərinliklərində yerləşən Fərdo nüvə obyektinə bənzəyir. Ancaq yeni obuekt  Fərdoya nisbətən yerin daha dərin qatlarında inşa edilir”-deyə, İsrailin Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Mərkəzinin başçısı David Ulbrayt “Yeruselim post” qəzetinə verdiyi açıqlamada bildirib.

Hesabatda Fərdo obyektinin dəniz səviyyəsindən 960 metr hündürlükdə yerləşən dağın altında tikildiyi halda, yeni obyektin dəniz səviyyəsindən 1608 metr yüksəklikdə yerləşən yüksəkliyin altında inşa edildiyi qeyd olunub.

Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Mərkəzinin hesabatına görə, peyk görüntüləri İranın 2021-ci ilə qədər bölgədə genişmiqyaslı qazıntılar apardığını göstərsə də, yeni mərkəzin 2023-cü ilə qədər fəaliyyətə hazır olub-olmayacağını proqnozlaşdırmaq mümkün deyil.

İsrail rəsmiləri mərkəzin tikintisi başa çatdıqdan sonra Tehranın nüvə proqramı üzrə avadanlıq və texnikaların yarısını bura köçürəcəyini bildirirlər.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar