SON XƏBƏRLƏR

Əsəd ordusu İdlibə hava zərbəsi endirib, 7 dinc sakin ölüb - GÖRÜNTÜ

2021.10.20, 07:36
Əsəd ordusu İdlibə hava zərbəsi endirib, 7 dinc sakin ölüb - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Suriyada Bəşşar Əsədə sadiq qüvvələr İdlibə havadan hücum edib.

 

"Report" “CNN Türk”ə istinadən xəbər verir ki, nəticədə 3-ü uşaq, 3-ü isə qadın olmaqla, ümumilikdə,  7 dinc sakin ölüb.

 

Xatırladaq ki, ötən gecə Bəşşar Əsədə sadiq qüvvələrin hücumu nəticəsində Türkiyə ordusunun 4 əsgəri həlak olub, 9 nəfər isə yaralanıb.

 

Bu arada Türkiyənin müdafiə naziri Hülusi Akar Suriya sərhədinə gedib.

O, Suriyanın şimal-qərbindəki vəziyyəti müzakirə edib, daha sonra Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin müşayiəti ilə sərhəd bölgəsinə gedib.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar