SON XƏBƏRLƏR

Əsəd və İranın hücumları İdlibdə yeni köç hərəkətına təkan verib

2021.10.20, 07:36
Əsəd və İranın hücumları İdlibdə yeni köç hərəkətına təkan verib

Gunaz.tv

Bəşər Əsəd rejimi qüvvələrinin və İranın Suriyada dəstəklədiyi qrupların "İdlib Gərginliyi Azaltma bölgəsindəki yaşayış məntəqələrinə təşkil etdiyi hücumlar nəticəsində fevral ayı ərzində 6900 ailəni köç etməyə məcbur edib.

 

Əsəd rejimi və İranın dəstəklədiyi xarici qrupların İdlibin ən böyük iki mahalı olan Xan Şeyxun ilə Marratinnumana son həftələrdə təşkil etdiyi sıx hücumlar, Türkiyə sərhədindəki düşərgələrə doğru yeni köç hərəkətinə səbəb olub. 

 

17 Sentyabr 2018-ci ildə Türkiyə və Rusiya arasında Soçidə imzalanan İdlib razılaşmasından bu yana rejimin atəşkəs pozuntuları səbəbiylə təxminən ümumilikdə 25 min ailə yaşayış yerindən köç etmək məcburiyyətində qalıb.

 

Türkiyə sərhədi xəttində Suriya vətəndaşlarının sığındığı "Xan Şeyxun Oğulları" düşərgəsindəki qaçqınlar deyirlər ki, ərazidə nəinki DAİŞ terror təşkilatı, ümumiyyətlə, terroristlər yoxdur. Hücum olunan bölgələrdə yalnız sivil insanlar yaşayırlar.

 

R.X

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar