SON XƏBƏRLƏR

Əsgər Əkbərzadə saxlanılıb, fəal əl-ayaqları qandallı şəkildə Ettelaat-a aparılıb

2021.10.20, 07:36
Əsgər Əkbərzadə saxlanılıb, fəal əl-ayaqları qandallı şəkildə Ettelaat-a aparılıb

Gunaz.tv

GünAz TV: Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadənin saxlandığı bildirilir.

 

Hazırda hərbi xidmətdə olan fəal təhlükəsizlik qüvvələri tərəfindən əl-ayaqları qandallı şəkildə Ərdəbilin Ettelaat İdarəsinə aparılıb.

 

Fəalın saxlanmasının təfərrüatı barədə hələlik heç bir məlumat yoxdur.

 

Əsgər Əkbərzadə Güney Azərbaycanın tanınmış fəallardan biridir, o dəfələrlə saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Saytımızda fəalın saxlanması haqda daha geniş məlumat yayılacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar