SON XƏBƏRLƏR

Əsl demokrat.Səadət Bənənyarlı: "Tarix nadir hallarda Elçibəy kimi şəxsiyyət yetirir"

2021.10.20, 07:36
Əsl demokrat.Səadət Bənənyarlı: "Tarix nadir hallarda Elçibəy kimi şəxsiyyət yetirir"

Gunaz.tv
Əsl demokrat elchibey.jpg Mehriban Vəzir: "Elçibəyin ən yaxşı insani keyfiyyəti onun sadəliyi idi" Leyla Əliyeva:"Əbülfəz bəy xalqla xalq dilində danışırdı" Səadət Bənənyarlı: "Tarix nadir hallarda Elçibəy kimi şəxsiyyət yetirir" Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 70 illik yubileyi ərəfəsində onun həyat yoluna nəzər salaraq bəyi yaxından tanıyan insanlarla söhbət etdik. İnsan hüquq müdafiəçisi Mehriban Vəzir eks-prezidenti dövrünün ən gözəl siyasi siması sayır, onun Azərbaycan siyasi məkanına gətirdiyi yüksək əxlaqi keyfiyyətlərini dəyərləndirir: "Əbülfəz Elçibəyi həmişə olduqca ağıllı və gözəl auraya malik insan kimi xatırlayıram. Tural Rasimoğlu Bəy səbrli adam idi və insanlarla münasibətdə böyüyə və kiçiyə fərq qoymayan, hamıya eyni hörmətlə yanaşan ağıllı bir siyasətçi idi. O, zümrəsindən və səviyyəsindən asılı olmayaraq insanlara eyni gözlə baxan bir şəxsiyyət idi. Əbülfəz bəyin ən yaxşı insani keyfiyyəti onun sadəliyi idi. Bəylə uzun müddət iclaslarda yanaşı oturmuşam və onun yanında oturub müzakirələr aparında insan sanki müsbət enerji qəbul edirdi. Bəyin çox gözəl bir xüsusiyyəti də var idi ki, toplantılara, iclasa həmişə vaxtında gəlirdi. Əbülfəz Elçibəyin qadınlara qarşı xüsusi hörməti də var idi. İclasa bəzən tez gələnədə əvvəl qadınlarla görüşüb söhbət edir, sonra isə kişilərə vaxt ayırır və öz mükalimələrini davam etdirirdi". Mehriban Vəzir Əbülfəz bəylə söhbətlərində mübahisəli söhbətlərinin də olduğunu vurğuladı: "Mənim bir yazım onun xətrinə dəymişdi ki, bu yazıda kişilərin ağıllı qadınları xoşlamadıqlarını bildirmişdim. Yazıda söhbət qadının ictimai- siyasi həyatda rolunun az olmasından, qadına az yer verilməsindən gedirdi. Yazıda siyasətçiləri çox ciddi tənqid etmişdim. Əbülfəz bəy mənə sual verdi ki, nə üçün belə düşünürüsünüz ki, siyasətdə qadınların irəli çəkilməsinin tərəfdarı deyilik. Bəy hətta məni də misal çəkərək dedi ki, elə siz özünüz də bizim ətrafımızdasınız. Yəni o, hər şeyi oxuyur və həssas yanaşırdı. Əbülfəz bəy səbrlə hamını dinləyir və axırda öz təklifini verirdi". Mehriban Vəzir eks-prezidenti bir çox siyasətçilərdən fərqləndirən cəhətlərinin olduğunu deyərək Elçibəyin sadəliyini vurğuladı: "Əksər partiya liderləri və siyasətçilər həmişə başda oturmağa üstünlük veriblər. Əbülfəz bəy bir dəfə Milli Müqavimət hərəkatının iclasında içəri girdi və hamı ayağa durub yerini təklif edəndə o, aşağı tərəfdə oturmağı daha üsütün saydı və kimisə qaldırıb yerində oturmağı öz şəxsiyyətinə sığışdırmadı. Ümumiyyətlə, Əbülfəz Elçibəy Azərbaycan siyasətində önəmli rol oynayıb və özünün fərqlənən yeri olub. Ən əsası isə onun həyatda olduğu müddətdə Azərbaycan müxalfətində parçalanma olmayıb. Əbülfəz bəyin böyüklüyü onda idi ki, sadə bir insan kimi onun gücü nüfuzu və zəkası var idi. Milli Azadlıq Hərəkatında Əbülfəz Elçibəyin arxasınca yüz minlərlə insan yürüdü, onu son mənzilə də yüz minlərlə insan yola saldı. Bəy dünyasını dəyişəndən sonra Azərbaycan müxalifəti lidersiz qaldı". Politoloq Leyla Əliyeva Əbülfəz Elçibəyin Azərbaycan qadınına verdiyi yüksək dəyəri və göstərdiyi hörməti yüksək qiymətləndirdi. O, Elçibəyin müsbət xarakterinin onun siyasi fəaliyyətinə də sirayət etdiyini bildirdi:"Əbülfəz bəy keçmiş sovet məkanında çox unikal və qeyri-adi bir lider idi. Onun ən gözəl xarakterlərindən biri tolerant və əsl demokrat olması idi. Bəy siyasi xadim kimi müxtəlif və fərqli rəylərə dözümlə yanaşırdı. Ümumiyyətlə, Əbülfəz bəyin özünəməxsus siyasi keyfiyyətləri olub. Azərbaycanın demokratik mənliyinin ən mühüm xüsusiyyəti onun şəxsiyyətində öz əksini tapmışdı. O liderlik stilində, xalqa xalq dilində danışırdı və kommunist ənənələrini aradan qaldırmışdı". Əbülfəz bəyin sadəliyinin potsovet məkanı üçün tipik olmadığını deyən Leyla Əliyeva zamanında qərar qəbul edən eks-prezidentin insanlarla davranışında əsl siyasi liderlik keyfiyyətlərini otaya qoyduğunu bildirdi: "O dərəcədə demokratik davranış daha çox Skandinaviya ölkələrində olurdu. Əbülfəz Elçibəy demokratiyanı bir dəyər kimi çox yaxşı anlayırdı. Onun demokratiya ideologiyası dərin köklərə malik idi. Bu da təsadüfü deyil. Eks-prezidentin vaxtında qeyri- hökumət təşkilatlarına və siyasi təşkilatlara əlverişli şərait yaranmışdı. Bir sözlə, bu insan haqqında çox danışmaq olar və ən əsası onu unutmaq olmaz. Çünki tarix Əbülfəz Elçibəy kimi şəxsiyyətləri nadir hallarda yetirir". İnsan hüquq müdafiəçisi Səadət Bənənyarlı Azərbaycan tarixində Milli Azadlıq Hərəkatının lideri kimi və xalqını sevən prezident kimi qalan Əbülfəz Elçibəy haqda xoş sözləri deməklə yanaşı, mərhumun gözəl insani keyfiyyətlərə malik olduğunu bildirdi: "Elçibəyi Azərbaycan xalqının böyük bir oğlu kimi xatırlayıram. Yəni o öz millətinin qeyrətini çəkən və bu millətin dünyada tanınması üçün əlindən gələni edən şəxsiyyət idi. Əbülfəz bəy xalqını sevirdi. Elçibəy demokratiyanın verdiyi və bütün bəşəri ideyaları özündə daşıyan bir şəxsiyyət idi. Siyasətçi kimi o nə qədər sadə görünürdüsə, o qədər də mürəkkəb bir insan idi. Əbülfəz Elçibəy hər bir kəsə diqqətlə yanaşaraq, elə bir qiymət verirdi ki, həmin adam onun ideyalarını dəstəkləməyə, Bəyin arxasıyla getməyə hazır olurdu. Bu hər siyasətçidə olmayan qeyri-adi bir fenomen keyfiyyət idi. Bir sözlə, Əbülfəz bəy xarizmatik bir lider olub". Səadət Bənənyarlı eks-prezidentin həmişə səbrli olduğunu bildirdi: "Mən Xalq Cəbhəsinin qurultayının keçirilməsi üçün yaradılmış təşkilat komitəsinin üzvü idim və orada Elçibəyin necə fəaliyyət göstərdiyinin də şahidi olmuşam. Əbülfəz bəy hadisələrin axarına da təsir edə bilirdi. Kələkidən qayıtdıqdan sonra dağılmış müxalifətin ortaya güclü şəkildə çıxmasında Əbülfəz Elçibəyin çox böyük xidməti oldu. Bir insan kimi mərhumun yüksək mənəvi keyfiyyətləri olub. Əbülfəz bəy həmişə ətrafındakı insanlara nikbin olmağı məsləhət görərdi. Bir sözlə, yüksək mənəvi keyfiyyətlərə və özünəməxsus siyasi gedişlərə malik olan Əbülfəz Elçibəy kimi şəxsiyyətləri tarix nadir hallarda yetirir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar