SON XƏBƏRLƏR

"Bayden Obama kimi iranlı etirazçılara xəyanət edir"-Respublikaçı senator

2022.09.22, 08:12
"Bayden Obama kimi iranlı etirazçılara xəyanət edir"-Respublikaçı senator

Gunaz.tv

Senator bildirib ki, Amerikanın keçmiş prezidenti Barak Obamanın 2009-cu ildə iranlı etirazçılara etdiyi xəyanəti indi bir daha təkrarlanır.

Amerikanın respublikaçı senatoru Tom Kotton İran rejimini qeyri-legitim adlandıran bəyanatında, İranla nüvə sazişi əldə etmək üçün Co Baydenin İran xalqına xəyanət etdiyini bildirib.

Kotton bəyanatında xatırladıb ki, İran vətəndaşı 22 yaşlı Məhsa  Əmininin İranın əxlaq polisi tərəfindən öldürülməsinə, etiraz aksiyaları zamanı onlarla dinc insanın öldürülüb və yaralanmasına baxmayaraq, Co Bayden və demokratlar ayətullahlarla başqa razılaşmaya üstünlük verirlər.

Co Baydenin sentyabrın 21-də BMT-nin Baş Assambleyasının 77-ci toplantısında İranla bağlı çıxışını xatırladan respublikaçı senator, onun danışıqlarının boş və anlamsız olduğunu söyləyib, əməkdaşlarından onunla birgə İran xalqlarına dəstək vermələrini istəyib.

O, bildirib ki, Co Baydenin Barak Obama kimi İran xalqına xəyanət etməinə icazə verilməməlidir.

Timur 
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar