SON XƏBƏRLƏR

Etiraz aksiyalarında qətlə yetirilən soydaşlarımızdan daha birinin kimliyi müəyyən edilib: Tikantəpədən olan Hadi Qurbani...

2021.10.20, 07:36
Etiraz aksiyalarında qətlə yetirilən soydaşlarımızdan daha birinin kimliyi müəyyən edilib: Tikantəpədən olan Hadi Qurbani...

Gunaz.tv

GünAz TV: Ötən günlərdə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha birinin kimliyi müəyyən edilib.

 

Məlumata görə, Qərbi Azərbaycan Əyalətinin Tikantəpə şəhərindən olan azərbaycanlı fəal Hadi Qurbani Tehranın Nəsimşəhr (Əkbər abad) məhəlləsində keçirilən kütləvi etirazlarda təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

 

Bu barədə Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Jalə Təbriziyə məlumat verən etibarlı mənbə bildirib ki, Əli oğlu Hadi Qurbani Nəsimşəhr sakini olub. O keçirilən aksiyalarda təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub.

Qətlə yetirilən azərbaycanlı fəalın subay və 20 yaşlı olduğu bildirilib.

 

Həmin mənbə Tehran sakini olan daha bir tikantəpəli soydaşımızın paytaxtda keçirilən etiraz aksiyalarında ağır yaralandığını bəyan edib. Məlumata görə, Beytulla oğlu Rza Nəsiri aksiya zamanı baş nahiyyəsindən güllə yarası alıb, o hazırda xəstəxanada müalicə olunur.

 

Verilən informasiyaya görə, azərbaycanlı gəncin bir gözü görmə qabliyyətini itirib. Həkimlər bildirib ki, güllə gəncin beyninin yaxınlığına qədər toxunduğu üçün onu çıxarmaq olduqca risklidir, həmin şəxs əməliyyat zamanı həyatını itirə bilər. Rza Nəsirini müalicə edən həkimlərin açıqlamasına görə, güllə ömrünün axırına qədər onun başında qalacaq və hər zaman epilepsiya kimi müxtəlif problemlərə səbəb olacaq.

 

Bunan əvvəl xəbər verdiyimiz kimi, Zəncanda keçirilən aksiyalardaƏmir Hüseyn Abbasi, Ərdəbildə Seyid Əli Fətuhi Kuhsare və Təbrizdə Əli Hüseyninin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü məlum olub. Etirazlar zamanı çox sayda Azərbaycan türkləri öldürülüb, lakin hələlik onların hamısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar