SON XƏBƏRLƏR

Etiraz aksiyasında öldürülənlərin arasında miyanalı soydaşımız Cavid Mirzayi də olub

2021.10.20, 07:36
Etiraz aksiyasında öldürülənlərin arasında miyanalı soydaşımız Cavid Mirzayi də olub

Gunaz.tv

GünAz TV: Ötən günlərdə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha 4-nün kimliyi müəyyən edilib.

 

Məlumata görə, əslən Şərqi Azərbaycanın Miyana şəhərindən olan Cavid Mirzayi Tehranın “Robat Kərim” (Caddə Savə) məhəlləsində keçirilən aksiyada öldürülüb. Tehran sakini olan Cavid Mirzayi təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub.

 

Bu günə qədər son etirazlar zamanı öldürülən güney azərbaycanlılardan 11-nin kimliyi müyyən edilib:

1-  Əmir Hüseyn Abbasi (Zəncanda öldürülüb)

2- Seyid Əli Fətuhi Kuhsare (Ərdəbildə öldürülüb)

3- Əli Hüseyni (Təbrizdə öldürülüb)

4- Əmir Rza Abdullahi (13 yaşlı yeniyetmə əslən Ərdəbilin Muğan məntəqəsindəndir – Nəsdirabadda öldürülüb)

5- Sepidə Həsəni (Sulduzlu öyrənci təhsil aldığı Tehran şəhərində keçirilən aksiyada öldürülüb)

6- Hadi Qurbani (Tikantəpədən olan azərbaycanlı fəal Tehranın Nəsimşəhr (Əkbərabad) məhəlləsində öldürülüb)

7- Mehran Zahidi (əslən Kəleybərin Paltlı kəndindən olan 17 yaşı yeniyetmə Tehranın Nəsirabad məhəlləsində keçirilən etirazlarda öldürülüb)

8- Məhəmməd Tağı Əlilu (Xoy şəhərinin Yuxarı Vişlə kəndindəndir, o Tehranda keçirilən etiraz aksiyasında öldürülüb)

9- Ramin Ləmse (Şəbistərli soydaşımız Tehranda keçirilən aksiyada öldürülüb)

10- Hüseyn Sultani (Ərak şəhərindəndir, o Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)

11- Cavid Mirzayi (Əslən Miyanalıdır, o Tehranın “Robat Kərim” məntəqəsində keçirilən aksiyada öldürülüb)

 

Əslində etirazlar zamanı çox sayda Azərbaycan türkləri güc strukturları tərəfindən qətlə yetirilib, lakin hələlik onların hamısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar