Etirazçılar Zahidanda polis mərkəzinə hücum ediblər+videolar

2021-02-25 13:12

Bəluçistanın yerli mətbuatı fevralın 24-də əyalətin Korin bölgəsinin Sərcəngəl şəhərində etirazçıların polis bölməsinə girməsinin görüntülərini yayınlayıb.

Gunaz.tv Quote | Gunaz article

“Rəsanək” xəbər saytının yayınladığı görüntülərdə etirazçıların polis və İranın yarım-hərbi könüllülərinin(Bəsi) mərkəzlərinə girdikdən sonra mərkəzə aid avtomobili yandırdıqları əks olunub.


Bununla yanaşı “Rəsanək” etirazçıların mərkəzə girişindən sonra bölgəyə “Sepah” (İran İslam İnqilabı Keşikçiləri Korpusu) silahlılarının yeridildiyini bildirib.

به آتش کشیدن مرکز سپاه توسط مردم جالق سراوان در سیستان بلوچستان
Son üç gün ərzində bölgədə gərginlik davam edir və hökumətə etiraz, etirazçılara dəstək məqsədi ilıə Sistan-Bəluçistanın mərkəzi Zahidan şəhəri daxil olmaqla əyalətin bir neçə şəhərində tətil aksiyası baş verib. Bazarlarda daxil olmaqla iş yerləri açılmayıb.

 
Fevralın 22-də İranın Sistan-Bəlucistan əyalətinin Pakistanla sərhəd məntəqəsində “Sepah” terror təşkilatı qüvvələrinin motosikletlə yanacaq daşıyan bəluclara qarşı silahlı hücumunda 10 yerli bəluc həlak olub, çox sayda insan isə yaralanıb.


Bu qırğının ardınca “Sepah”çılar tərəfindən öldürülən və yaralanan bəlucların ailə üzvləri Səravan şəhərində fərmandarlığın (valiliyin) binası qarşısında toplaşaraq etiraz aksiyası keçiriblər və valiliyin binasını ələ keçirərək, hökumət qüvvələrinin sünni məzhəbli bəluclara qarşı vəhşiliyinə etiraz bildiriblər.

4 نکته درباره حادثه سراوان/ چرا به پاکستان اعتراض نمی کنید؟/ واکنش با تاخیر مسوولان، یعنی بی‌‍اعتباری


Qeyd edək ki, Sistan-Bəlucistan vilayəti İranın ən yoxsul əyaləti sayılır. Bu əyalət, uzun illər baxımsız qaldığına görə, əhalinin əksəriyyəti işsiz və kasıbdır və bəluclar ailələrini dolandırmaq üçün ya narkotik maddə qaçaqmalçılığı ilə, ya da motosiklet vasitəsilə İranla Pakistan arasında yanacaq daşıyıb satmaq işi ilə məşğul olmaq məcburiyyətində qalırlar. Hökumət isə onların bu işini “yanacaq qaçaqmalçılığı” adlandıraraq, qarşısını almağa çalışır.

 


Sünni məzhəbli bəluclar İran İslam Respublikası hökumətini bəluc xalqına qarşı ayrı-seçkilikdə, onları qəsdən yoxsul saxlamaqda, onların ağır və acınacaqlı iqtisadi durumuna laqeyd yanaşmaqda, milli və dini hüquqlarını tapdamaqda günahlandırırlar.


Etirazlarda həbs edilən bəlucların sonrakı taleyi hələlik bilinmir.

 

C.E

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb

2021-04-14

gun az article

Dünyada koronavirusdan ölənlərin sayı 9 521 nəfər artıb

2021-04-14

gun az article

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydı

2021-04-13

gun az article

Ərdoğandan Türk Şurası ilə bağlı vacib AÇIQLAMA

2021-04-13

gun az article

“Bitcoin”in qiyməti fantastik dərəcədə artdı

2021-04-13

gun az article

Bayden Putinə üçüncü ölkədə görüş keçirməyi təklif edib

2021-04-13

gun az article

İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş olub

2021-04-13

gun az article

Dini mərkəzlər xaricdə filial və ya nümayəndəlik yarada biləcək

2021-04-13

gun az article

Cəbrayıl rayonunun Sədi kəndi - VİDEO

2021-04-13

gun az article

Azərbaycan Prezidenti: “ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik”

2021-04-13

gun az article

Şoyqu: “ABŞ və NATO öz qoşunlarını Rusiya ilə sərhədə cəmləşdirir”

2021-04-13

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 34 nəfər vəfat edib

2021-04-13

gun az article

Brayza: “Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin şansı qalmayıb, çünki Ermənistan müharibəni uduzub”

2021-04-13

gun az article

Tehranda İranla Rusiya arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyəti haqda saziş imzalanıb

2021-04-13

gun az article

İrəvan meri Qarabağa qanunsuz səfər edib

2021-04-13

gun az article

Prezident: “Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi”

2021-04-13

gun az article

İlham Əliyev: “Pakistanın Azərbaycanı açıq şəkildə dəstəkləməsi qardaşlığımızın real göstəricisidir”

2021-04-13

gun az article

Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi

2021-04-13

gun az article

Prezident İlham Əliyev: “Ermənistanın “İsgəndər” raketindən istifadə etməsi hərbi cinayətdir”

2021-04-13

gun az article

Prezident İlham Əliyev futbol üzrə Avropa çempionatının Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb

2021-04-13