Etirazlar davam edir, Sənəndəcdə “Bəsic” qərargahına od vurulub, Əhvazda isə “Xamneyiyə ölüm” şüarı səsləndirilib- VİDEOLAR

02.02.2018, 10:37

GünAzTV: İranın müxtəlif şəhərlərində hakim molla rejiminə və onun zülmünə qarşı dinc etirazlar davam edir.

 

Yanvarın 31-də Tehran, İsfahan, Sənəndəc, Kirmanşah, Rəşt, Zərrinşəhr və Əhvaz şəhərlərində minlərlə dinc aksiyaçının iştirakı ilə ölkəyə hakim dini rejimə qarşı pərakəndə xalq etirazları keçirilib. “Xamneyiyə ölüm” və “Dikatatora ölüm” və "Ey qeyrətli iranlı, bizə qəşul dəstək ver" şüarları səsləndirən etirazçılar, rejimin ölkə vətəndaşlarına qarşı repressiyalarına son qoyulmasını tələb ediblər. İsfahanda, aksiyaçılar, onların sivil etirazına müdaxilə edən bir polis motosikletinə, Sənəndəcdə isə “Bəsic” təşkilatının qərargahına od vurublar.

 

Molla rejiminə qarşı pərakəndə xalq etirazları fevralın 1-də Kirmanşah, İsfahan, Zərrinşəhr, Şahrud, Əhvaz, Sənəndəc, Həmədan, Toyserkan, Məşhəd, Dorud, Ərak, Yəzd, Rəşt və Tehranda davam edib. İslam Respublikasının qurucusu axund Ruhullah Xomeyninin ölkəyə gəlişinin 39-cu ildönümünə təsadüf edən etirazlarda, İranın dini lideri Əli Xamneyiyə “Ölüm” şüarları səsləndirilib, onun hakimiyyətdən getməsi tələb edilib. Tehranda isə axşam saatlarında keçirilən etirazlarda, dinc etirazçılar axund Ruhullah Xomeyninin şəhərin müxtəlif küçələrində asılmış poster və bannerlərini cırıb atıblar.

 

Rəştdə, rejim qüvvələri “Xamneyiyə ölüm”, “Diktatora ölüm” və “Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək” şüarları səsləndirən dinc etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edərək, onları dağıtmağa çalışıblar. İsfahan əyalətinin Zərrinşəhr şəhərində isə dinc etirazçılar “Üç əcnəbi muzdlusuna, Xomeyniyə, Xamneyiyə, Xatəmiyə ölüm olsun” şüarı səsləndirərək rejimin ölkə vətəndaşlarına qarşı zorakılığına etiraz bildiriblər.

 

Bildirilir ki, fevralın 1-də İranın müxtəlif şəhərlərində keçirilən aksiyalarda onlarla etirazçı polis və təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıb.

 

 

Xatırladaq ki, ay əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 4000 nəfərdən çox insan həbs edilib.

 

Tutulanlardan isə ən azı 12 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.

 

 “Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırlmışdı.

 

VİDEOLAR: 

 

Əhvaz 1

 

Əhvaz 2

 

Fevralın 1-i Tehran, cırılmış bannerlər

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20