SON XƏBƏRLƏR

Etirazlar nəticə verdi – Təbriz Kitab Sərgisində türk dilində kitab çap edən nəşriyyatlar da iştirak edəcək

2021.10.20, 07:36
Etirazlar nəticə verdi – Təbriz Kitab Sərgisində türk dilində kitab çap edən nəşriyyatlar da iştirak edəcək

Gunaz.tv

GünAz TV: Soydaşlarımızın etirazları genişləndikdən sonra hökumət rəsmiləri türk dilində kitab çap edən nəşriyyartların 17-ci Təbriz Kitab Sərgisinə qatılması üçün icazə verib.

 

Məlumata görə, nəşriyyatlar sərginin keçirilməsinə bir gün qalmış rəsmi icazə ala bilib.

 

“Onlayn Kitabçı” səhifəsi bu barədə yazıb: “Azərbaycanlıların geniş etirazından sonra Təbriz Kitab Sərgisinin məsulları türk dilində kitab çap edən nəşriyyatlara povilyon təhvil verməyə başlayıb.”

 

Şərqi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Məhəmməd Məhəmmədpuroktyabrın 20-də türk dilində kitab çap edən nəşriyyaatların Təbriz Kitab Sərgisində iştirakına maneçilik yaradılmasını inkar etmişdir. O bu barədə bildirmişdir ki,Təbriz Kitab Sərgisində iştirak etmək məqsədi ilə müvafiq saytda qeydiyyatdan keçən bütün nəşriyyatlar sərgiyə qatılacaq, onlar üçün heç bir məhdudiyyət yoxdur.

M.Məhəmmədpur o halda belə bir yalan iddia ilə çıxış edib ki, türkcə kitab çap edən nəşriyyatların müdirləri şənbə günü “Onlayn Kitabçı” səhifəsinin admini ilə əlaqə saxlayaraq Təbriz Kitab Sərgisində iştirak etmək üçün onlara lisenziya verilmədiyini bildiriblər.

 

Urmiyada fəaliyyət göstərən “Buta” Nəşriyyatının müdiri Məhəmməd Sübhdel bu barədə bildirmişdir ki, ilkin nəşriyyatlardan biri kimi müvafiq saytda qeydiyyatdan keçsək də, məsullar iştirakımız üçün bizə ayırmağa povilyon olmadığını bildirdilər.

 

Son məlumatlara əsasən məlum olub ki, Urmiyanın “Buta” və “Yaz”, Təbrizin “Azərturan”, “Dənizçin” və “Kirpi”, Binabın “Parlaq Qələm”, eləcə də Tehranın “Əndişeye nou” kimi türk dilində kitablar çap edən nəşriyyatlara sərgiyə bir gün qalanadək rəsmi icazə verilməyib.

 

İran məsulları ötən il də türkcə kitab çap edən bəzi nəşriyyatların Təbriz, Urmiya və Tehran kitab sərgilərində iştirakına icazə verməmişdir.

 

17-ci Təbriz Kitab Sərgisinin açılış mərasimi İran islami irşad və mədəniyyət nazirinin iştirakı ilə oktyabrın 21-də keçiriləcək. Sərgidə 900-dən çox daxili və xarici nəşriyyat iştirak edəcək.

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar