SON XƏBƏRLƏR

Etirazlar zamanı Güney Azərbaycan şəhərlərində saxlanılan fəallardan xəbər yoxdur – VİDEO

2021.10.20, 07:36
Etirazlar zamanı Güney Azərbaycan şəhərlərində saxlanılan fəallardan xəbər yoxdur – VİDEO

Gunaz.tv

GünAz TV: Ötən ay bahalığa etiraz olaraq keçirilən aksiyalardan 3 həftədən çox keçməsinə baxmayaraq etirazlar zamanı saxlanılan güney azərbaycanlı milli-mədəni fəalların əksəriyyətindən heç bir xəbər yoxdur.

 

Urmiya, Təbriz, Zəncan, Qoşaçay, Ərdəbil, Tehran və digər şəhərlərdə tutulan fəalların harada saxlandığı məlum deyil.

 

Fəalların əksəriyyəti bu müddətdə ailə üzvləri və yaxınları ilə telefon əlaqəsi saxlaya bilməyib, onların hansı vəziyyətdə saxlandığı böyük nigaranlıq doğurur.

 

Saxlanılan fəallardan bəziləri isə ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Etirazlar başladığı gündən İran və Güney Azərbaycan şəhərlərində saxlanılan milli-mədəni fəallardan bu günədək 32-nin kimliyi müəyyən edilib.

1-     Babək Hüseyni Müqəddəm (Urmiya)
2-     Əli Əzizi (Urmiya - müvəqqəti olaraq azadlığa buraxılıb)
3-     Salar Tahiri Əfşar (Urmiya – müvəqqəti olaraq azadlığa buraxılıb)
4-     Qaffar Rzaiyan (Zəncan)
5-     Məhəmməd Qaffari (Zəncan)
6-     Əkbər Rəməzani (Zəncan)
7-     Məcid Fəxri (Zəncan)
8-     Əlirza Məhərrəmi (Zəncan)
9-     Həmid Dusti (Zəncan)
10-    Bəhram Cəfəri (Zəncan)
11-    Davud Şiri (Təbriz)
12-    Əyyub Şiri (Təbriz)
13-    Ruzbeh Piri (Təbriz)
14-    Yaşar Piri (Təbriz)
15-    Fəraz Novruzi (Təbriz)
16-    Məhəmməd Mahmudi (Təbriz)
17-    Əkbər Mühaciri (Təbriz)
18-    Höccət Muxtarzadə (Təbriz)
19-    Babək Hüseyni Müqəddəm (Təbriz)
20-    Şahin Bərzgər (Təbriz)
21-    Səccad Sedqi (Təbriz – müvəqqəti olaraq azadlığa buraxılıb)
22-    Əkbər Rasexi (Təbriz)
23-    Tohid Xademi (Qoşaçay)
24-    Əhməd Abedi (Qoşaçay)
25-    Meysəm Colani (Ərdəbil – müvəqqəti olaraq azadlığa buraxılıb)
26-    Mehrdad Şeyxi (Ərdəbil)
27-    Arəş Cavanşir (Ərdəbil)
28-    Siyamək Seyfi (Xiyav – müvəqqəti olaraq azadlığa buraxılıb)

29-    Məleykə Qaragözlü (Tehran Əyalətində öyrəncidir – müvəqqəti olaraq azadlığa buraxılıb)

30-    Əli İbrahimi (Tehran)

31-    Saleh Ekrami (Tehran)

32-    Mənsdur Fəthi (Tehran)

 

Etiraz aksiyalarının geniş vüsət aldığına və hökumət tərəfindən internetin kəsildiyinə görə Azərbaycan şəhərlərində saxlanılan etirazçılar və fəalların sayı, eləcə də kimliyini dəqiq müəyyənləşdirmək mümkün olmayıb, çox sayda etirazçı və fəalın təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı ehtimal olunur.

Həmçinin etirazlar zamanı İran və Güney Azərbaycan şəhərlərində çox sayda soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, onlardan bu günədək 16-nın kimliyini müəyyənləşdirmək mümkün olub.

 

Etirazlar zamanı Təbrizdə saxlanılan azərbaycanlı fəallardan biri də Əkbər Mühaciridir, bu günə qədər onun harada saxlandığı məlum deyil.

Əkbər Mühaciri saxlanılmadan əvvəl övladı ilə birlikdə:

https://www.youtube.com/watch?time_continue=24&v=xla0R3V8cWg&feature=emb_logo

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar