SON XƏBƏRLƏR

Etirazlarda həbs edilən gənc işgəncələr nəticəsində ölüb- FOTO

2021.10.20, 07:36
Etirazlarda həbs edilən gənc işgəncələr nəticəsində ölüb- FOTO

Gunaz.tv

GünAz TV: İranda benzinin bahalaşdırılmasına qarşı keçirilən xalq etirazları zamanı həbs edilən gənc təhlükəsizlik qüvvələrinin sorğu zamanı verdikləri işgəncələr nəticəsində ölüb.

 

Əslən Kamyaran şəhərinin Xamesan bölgəsindən olan və Sənəndəc şəhərində yaşayan Kavə Visami adlı həmin gənc noyabr 17-də Sənəndəcdə baş tutmuş aksiyalar zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdı.

 

Yerli insan haqları fəallarının məlumatlarına əsasən, onun üzərində işgəncə əlamətləri və göyərtilər olan cəsədi Sənəndəcin Babariz qəsəbəsində tapılıb.

 

Qeyd etmək lazımdır ki, bundan öncə də dəfələrlə müəyyən ittihamlarla həbs edilmiş şəxslər İranın təhlükəsizlik qüvvələrinin sorğu zamanı verdikləri işgəncələr səbəbindən ölüblər. Buna misal olaraq, cari ilin may ayının 26-da qardaşı ilə birlikdə həbs edilən, bir neçə gün sonra isə işgəncələr nəticəsində ölən Əhvaz ərəbi Benyamin Əlbuğbişi göstərmək olar.

 

Benyamin Əlbuğbiş

 

Xatırladaq ki, İranda noyabr ayının 15-də qəfildən benzinin 300% bahalaşdırılmasına qarşı xalq etirazları başlamışdı. Xalq nümayişləri zamanı “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-ə yaxın insanın qətlə yetirildiyi, 3700 aksiyaçının güllə yarası aldığı, Tehranda və digər şəhərlərdə 8 mindən çox insanın həbs edildiyi deyilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar