SON XƏBƏRLƏR

Etirazlarda öldürülən Mustafa Kərimbeyginin anası Evin həbsxanasına salınıb

2021.10.20, 07:36
Etirazlarda öldürülən Mustafa Kərimbeyginin anası Evin həbsxanasına salınıb

Gunaz.tv

GünAz TV: İranda 2009-cu ildə prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına qarşı keçirilmiş xalq etirazlarında öldürülən Mustafa Kərimbeyginin anası Şahnaz Əkməli tutularaq Evin həbsxanasına salınıb.

 

O, Evin zindanına salınmazdan öncə Twitter səhifəsində yazdığı statusda oğlunu öldürənlərin cəzalandırılmasını tələb etdiyi üçün təqiblərə məruz qaldığını bildirib.

 

“Mən günahı ədalət tələb etmək və oğlumun qatilinin kim olduğu sualını təkrarən soruşmaq olan anayam. Bu sualıma isə heç vaxt cavab ala bilməmişəm”,- deyə Şahnaz Əkməli qeyd edib.

 

Xanım Əkməli bir müddət öncə insanları noyabr etirazında öldürülənlərin 40 mərasimi keçirməyə çağıranlardan idi.

 

Şahnaz Əkməliyə qarşı “siyasi sistem əleyhinə təbliğat” və “insanları kütləvi itaətsizliyə çağırma” kimi qondarma ittihamlarla 1 il həbsə məhkum edilib. Eləcə də, onun ölkədən çıxışına qadağa qoyulmasıyla yanaşı, siyasi fəaliyyət göstərməsi və sosial şəbəkələrdə qeydiyyatdan keçməsi də qadağan edilib.

 

Mustafa Kərimbeygi 2009-cu il etirazları zamanı başından aldığı güllə yarası nəticəsində ölmüşdü. Tehranda yaşamasına baxmayaraq, təhlükəsizlik orqanları onun bu şəhərdə dəfn edilməsinə icazə verməmişdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar