SON XƏBƏRLƏR

Etirazlarda öldürülmüş daha bir güney azərbaycanlı gəncin adı məlum olub

2021.10.20, 07:36
Etirazlarda öldürülmüş daha bir güney azərbaycanlı gəncin adı məlum olub

Gunaz.tv

GünAz TV: İranda benzinin bahalaşdırılmasına qarşı keçirilmiş etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülən daha bir güney azərbaycanlı gəncin şəxsiyyəti müəyyənləşib.

 

O, Tehranda keçirilən aksiyalarda iştirak edən, əslən Güney Azərbaycanın Xiyav (Meşkinşəhr) bölgəsindən olan Əli Forutən Ləgərandır.

 

Yayılan məlumatlarda qeyd edilir ki, cavan əmisi ilə birlikdə qaniçən İran rejiminin muzdurları tərəfindən öldürülüb.

 

Qeyd etmək lazımdır ki, son etirazlar zamanı Kərəc və Tehran kimi şəhərlərdə təhlükəsizlik qüvvələrinin qətlə yetirdiyi insanların çoxu Güney Azərbaycanda rejimin qərəzli siyasətləri nəticəsində yaranan ağır vəziyyət və işsizlik kimi problemlərə görə həmin bölgələrə işləmək üçün üz tutan azərbaycanlılardır. Lakin hələ ki, həmin öldürülən güney azərbaycanlıların sayı və kimlikləri ilə bağlı tam dəqiq statistika müəyyənləşdirmək mümkün deyil.

 

Oktyabrın 30-da "Kəlmə" xəbər agentliyi etirazlar zamanı təhlükəsizlik qüvvələrinin təkcə Tehran əyalətinin Şəhriyar rayonunda 104 nəfəri qətlə yetirdiyi barədə məlumat yaymışdı.

 

Hələ ki, rejimin muzdurlarının açdıqları atəş nəticəsində ölən güney azərbaycanlılardan 15 nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Onların adları aşağıdakı kimidir:

 

1) Əslən Tikantəpədən olan Hadi Qurbani: Nəsimşəhrdə (Əkbərabad) keçirilmiş aksiyalar zamanı qətlə yetirilib.
2) Əslən Zəncandan olan Əmirhüseyn Abbasi: Zəncanda keçirilmiş etirazlarda öldürülüb.
3) Ərdəbilli Seyyid Əli Fütuhi Kuhsarə Mirsalman oğlu: Ərdəbildə keçirilmiş etirazlarda qətlə yetirilib.
4) Təbrizli Əli Hüseyni: Təbrizin Başmeşə küçəsində keçirilən nümayişlərdə öldürülüb.
5) Ərdəbilin Muğan bölgəsindən olan 13 yaşlı Əmirrza Abdullahi: Tehranın Nəsirabad bölgəsində keçirilmiş aksiyalar zamanı qətlə yetirilib.
6) Əslən Sulduzdan olan tələbə Sepidə Həsəni: Tehranda baş tutmuş etirazlarda öldürülüb.
7) Kəleybərin Paltulu bölgəsindən olan 17 yaşlı Mehran Zahidi: Tehranın Nəsirabad bölgəsində keçirilmiş aksiyalar zamanı qətlə yetirilib.
8) Xoyun Yuxarı Vişlə kəndindən olan Məhəmməd Tağı Əlili: Tehranda baş tutmuş etirazlarda öldürülüb.
9) Şəbistərli Ramin Ləmsə: Tehran etirazlarında qətlə yetirilib.
10) Güney Azərbaycanın Ərak bölgəsindən olan Hüseyn Sultani: Tehran əyalətinin Qüds şəhərində keçirilmiş aksiyalarda öldürülüb.
11) Miyanəli Cavid Mirzayi: Savə küçəsində (Robat Kərim) qətlə yetirilib.
12) Sərablı İsmayıl Şücai İbadət oğlu: Savə küçəsində (Robat Kərim) qətlə yetirilib.
13) Ərdəbilin Germi bölgəsindən olan Behzad Səfərzadə: Kərəc etirazlarında öldürülüb.
14) Ərdəbilli Həsən Əlizadə: Həsən xan Qalası bölgəsində (Qüds şəhəri) qətlə yetirilib.
15) Xiyavlı Əli Forutən Ləgəran: Tehranda baş tutmuş etiaz aksiyalarında qətlə yetirilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar