SON XƏBƏRLƏR

Etirazlarda öldürülmüş daha bir qaşqay türkünün adı müəyyənləşib- 15 yaşlı Məhəmməd

2021.10.20, 07:36
Etirazlarda öldürülmüş daha bir qaşqay türkünün adı müəyyənləşib- 15 yaşlı Məhəmməd

Gunaz.tv

GünAz TV: İranda noyabr ayından benzinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyaları zamanı öldürülmüş daha bir qaşqay türkünün adı müəyyənləşib.

 

Şeşbəyli- Ələmdarlu El Qaşqayi tayfasından olan 15 yaşlı məktəbli Məhəmməd Dastanxah noyabrın 26-da, Şiraz yaxınlığından yerləşən Sədra şəhərində təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində qətlə yetirilib.

 

“Qaiyi.news” agentliyinin məlumatına əsasən, güllə Məhəmmədin sinə və kürək sümüyündə dəlik açıb və nəticədə uşaq hadisə yerindəcə ölüb.

 

Yaxınlarının dediklərinə əsasən, uşağın meyitin anasına göstərsələr də, onu ailəyə verməyiblər. Bir müddətdən sonra ailədən dəfn mərasimini səssiz və gizli keçirəcəklərinə dair iltizam aldıqdan sonra cənazəni onlara veriblər.

 

Məhəmmədin qohumları bildirirlər ki, o, 4 sinif yoldaşı ilə birlikdə dərsdən evə gələrkən təhlükəsizlik qüvvələri onları güllələyib və digər uşaqlar da ölüb.

 

Hadisə şahidlərinin sözlərinə görə, əsasən qaşqay türklərinin yaşadığı Sədra şəhərində qətliam misli görünməmiş səviyyədə olub. Təcə noyabrın 17-dən şəhər xəstəxanasına 72 cəsəd gətirilib. Onlardan 31-i təkcə 16 noyabr axşam saatlarında öldürülən adamlardır.

 

Benzin etirazları zamanı rejimin interneti məhdudlaşdırması səbəbindən bütün qətlə yetirilənlərin adını müəyyənləşdirmək mümkün olmayıb. Zaman keçdikcə onların şəxsiyyətləri dəqiqləşdirilir.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar