Etirazlardan sonra Qərbi Azərbaycanın adını təhrif olunmuş şəkildə təqdim edən pankart qaldırılıb

2020-07-20 14:27

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində əyalətin adını təhrif edilmiş şəkildə təqdim edən pankartlar güney azərbaycanlıların etirazından sonra qaldırılıb.

Gunaz.tv Quote | Gunaz article

“Razi” sığorta şirkətinin reklam pankartlarında əyalətin adı Qərbi Azərbaycan yerinə terror qruplaşmalarının istifadə etdiyi “Urmiya əyaləti” kimi təqdim olunmuşdu.

 

 

Əhalinin geniş etirazından sonra sığorta şirkəti həmin pankartları qaldıraraq əyalətin adını düzgün şəkildə təqdim edən yeni pankartlarla əvəz etməyə məcbur olub.

 

 

Qeyd edək ki, Qərbi Azərbaycan əyaləti Türkiyə, Azərbaycan Respublikası və İraqla həmsərhəddir. Kürd terror qruplaşmaları uzun illərdir bu bölgəyə göz tikib. Bu məqsədlə İran rejiminin də dəstəyi ilə bölgədə kürdləşdirmə prosesi gedir. Əyalətin üzərindən “Azərbaycan” sözünü ləğv edərək onu başqa adla adlandırmaq planı bölgənin kürdləşdirilməsi prosesinə dəstək verən qüvvələr tərəfindən həyata keçirilir.

 

 

Güney Azərbaycan əhalisinin etirazına baxmayaraq əyalətin adı dəfələrlə İranın yüksək rütbəli rəsmiləri, eləcə də rəsmi mətbuat orqanları, o cümlədən İran Teleradio Şirkəti tərəfindən təhrif edilib.

 

 

İslam Respublikasının prezidenti Həsən Ruhani 2019-cu il noyabrın 27-də bir neçə əyalətin adını sadaladığı zaman Qərbi Azərbaycan əyalətinin adını “Urmiya” kimi təqdim etmişdi.

Ruhani  2018-ci il noyabrın 19-da Qərbi Azərbaycanın Xoy şəhərinə səfəri zamanı da Qərbi Azərbaycanı  Urmiya əyaləti adlandırmışdı.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Nov.23.2020 : “Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”

2020-11-23

gun az article

Qərbi Azərbaycan əyalətində çoxlu sayda silah və döyüş ləvazimatı ələ keçirilib

2020-11-23

gun az article

“Radio Fərda” Güneyli milli-mədəni fəal Səhənd Məali haqqında veriliş hazırlayıb

2020-11-23

gun az article

İranın cavan Rabitə və İnformasiya Texnologiyaları nazirinin Azərbaycan adı ilə düşmənliyi davam edir- FOTO

2020-11-23

gun az article

İranın təhlükəsizlik qüvvələri dini azlıqların evlərinə basqın edib

2020-11-23

gun az article

Kürd qaçaqmalçılar əfqan mühacirləri işgəncələrə məruz qoyublar- VİDEO

2020-11-23

gun az article

Urmiya gölündə suyun azalması davam edir

2020-11-23

gun az article

42 ay mübarizədən sonra güneyli “Onur” öz adını sənədləşdirə bilib

2020-11-23

gun az article

Türklərin tarixi əsəri İsfahanın metal tullantıları arasında tapılıb

2020-11-23

gun az article

Güney Azərbaycanın 3 milli-mədəni fəalının məhkəmə iclası keçirilib

2020-11-23

gun az article

Təbrizin “Traxtur” futbol Klubunun yeni icraçı direktoru seçilib

2020-11-23

gun az article

Mühəndis Əlirza Fərşinin Böyük Tehran Həbsxanasından azadlıq mesajı

2020-11-22

gun az article

"Həmədan Əyalətinin Mətbuat Tarixi" kitabı nəşr olunub

2020-11-22

gun az article

Abbas Lisani zindanda oturaq aksiya keçirib, məsullar cavab verməyə məcbur olublar: Görüş qadağası ləğv edilib, amma telefon əlaqəsi yox

2020-11-22

gun az article

GünazTV Nov.21.2020 : “Azərbaycan ordusu işğaldan azad edilən Ağdamdan Ali Baş komandana əsgər salamı verdi”

2020-11-21

gun az article

GünazTV Nov.20.2020 : 10Noyabr Bildirisindən sonra,Qarabağın Gələcəyi və Türkiyə_Rusya münasibətləri

2020-11-21

gun az article

GünazTV Nov.20.2020-Azadlıq səsi: Prezident Əliyev Xudafərinə səfəri və İranın narahatçılığı

2020-11-21

gun az article

Şərqi Azərbaycanın mədən gəlirlərinin 80% -i əyalətə qaytarılmır

2020-11-21

gun az article

"Əhər-Təbriz" yolunda ağır yol qəzası baş verib

2020-11-21

gun az article

Qərbi Azərbaycanda havanın tempraturu aşağı düşəcək, qar yağacaq

2020-11-21