SON XƏBƏRLƏR

Etirazlardan sonra Təbriz prokuroru təhqirə yol verən “Perspolis” tərəfdarlarının saxlanmasını istəyib

2021.10.20, 07:36
Etirazlardan sonra Təbriz prokuroru təhqirə yol verən “Perspolis” tərəfdarlarının saxlanmasını istəyib

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, yanvarın 26-da Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Güney Azərbaycanın “Traxtur” komandaları arasında keçirilən görüş zamanı “Traxtur” komandası, onun tərəfdarları və Azərbaycan türk milləti kobud şəkildə təhqirlərə məruz qalıb.


Bir neçə “Perspolis” tərəfdarı oyundan sonra sosial şəbəkələrdə Azərbaycan türk millətinə qarşı yönəlmiş təhqiramiz bir video paylaşıb.

 

Bu məsələ bütün soydaşlarımızın kəskin etirazına səbəb olub. Artıq baş verən hadisəyə “Traxtur” klubu da rəsmi şəkildə etiraz bildirib.


Etirazlardan sonra Təbriz prokuroru təhqiramiz videonu yayan “Perspolis” tərəfdarlarının saxlanmasını tələb edib.


Bu barədə Babək Məhbub Əlilu Tehran prokuroruna məktub göndərərək sözügedən şəxslərin saxlanmasını və mühakimə edilməsi üçün Təbrizə göndərilməsini istəyib.


Şərqi Azərbaycan Polis İdarəsinin mətbuat mərkəzi tərəfindən yayılan məlumatda isə qeyd olunub ki, İslam Cümhuriyyəti Polis Qüvvələrinin sözçüsü Əhməd Nuriyan təhqirə yol verən şəxslərin kimliyinin müəyyən edildiyini bildirib. O həmin şəxslərin yaxın zamanda saxlanılacağına söz verib.
Əhməd Nuriyan əlavə edib ki, hər hansı qövmün təhqir edilməsi yolverilməzdir, polis bu istiqaməətdə lazımi tədbirləri görəcək.


Qeyd edək ki, Azərbaycan türk millətinin bu şəkildə aşağılanması təsadüfi deyil. Bu, sistemli şəkildə Tehranın “Perspolis” və “İstiqlal” komandalarının tərəfdarları tərəfindən davamlı olaraq həyata keçirilir. “Traxtur”un görüşlərini izləyən hər kəsin bu barədə yetəri qədər məlumatı var.


Azadi stadionundakı olub bitənlər və ondan sonrakı hadisələr barədə geniş məlumat almaq üçün aşağıdakı xəbərləri oxuya bilərsiniz:


“Perspolis” azarkeşlərindən “Traxtur” tərəfdarları və Azərbaycan türk millətinə qarşı inanılmaz təhqiramiz hərəkət – VİDEO

“Traxtur” klubu Tehranın Azadi stadionunda baş verən hadisələrlə bağlı bəyanat yayıb



N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar