Etirazların artdığını görən Təbrizin bələdiyyə başqanı İnstaqram səhifəsində etiraz komentlərinə qadağa qoydu

19.06.2018, 07:54

GünAz TV: Təbrizin bələdiyyə başqanı İrəc Şəhin Baher antitürk mövqeyi ilə seçilən paniranist İsfəndiyar Qarabağini özünə müşavir təyin etdiyi üçün azərbaycanlıların sərt etirazı ilə üzləşib. O etirazçılara cavab olaraq İnstaqram səhifəsində etiraz komentlərinin dərc olununmasına qadağa qoyub.


Məlumata görə, iyunun 18-dən bələdiyyə başqanının İnstaqram səhifəsində yorum yazmaq mümkün deyil.


İ.Şəhin Baher səhifəsini o halda əhalinin üzünə bağlayıb ki, o həmin insanlara xidmət etmək üçün təyin olunub və hər kəsin fikirini eşitməlidir.


Soydaşlarımız düşünür ki, “Azərbaycanda yüzlərlə milli kimliyinə bağlı mütəxəssis olduğu halda, nə üçün İ.Qarabaği kimi antitürk bir şəxs Təbriz bələdiyyə başqanının mədəniyyət və incəsənət işləri üzrə müşaviri olmalıdır?! Bu, Azərbaycan və onun milli kimliyinə qarşı açıq-aşkar düşmənçilikdir.”


İ.Qarabaği uzun illər Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. 2014-cu ildə Salmas şəhərinin bələdiyyə başqanı türk kimliyini müdafiə etmək məqsədi ilə bu şəhərin meydanlarından birində ucaldılan Firdovsinin heykəlini meydandan götürmüşdür. Həmin hadisəyə görə, paniranist qüvvələr İran prezidentinə xitabən bəyanat yaydılar, İ.Qarabaği sözügedən bəyanatı imzalayan şəxslərdən biri olub. Bəyanatı imzalayanlar ölkənin mədəni birliyinin təhlükəyə düşdüyündən nigaran olduqlarını diqqətə çatdıraraq Qərbi Azərbaycan və Salmasın kimliyinin türklərin xeyirinə olaraq dəyişdirildiyini iddia edib, bu hərəkəri sərt şəkildə qınamışdılar.
 
İ.Qarabaği təbrizlidir, o uzun illər müğənni və musiqiçi kimi fəaliyyət göstərib. Onun İran İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən verilmiş klassik avaz üzrə doktorluq dərəcəsinə bərabər diplomu var. İncəsənət xadimi bir çox rəsmi orqanda mədəniyyət sahəsində fəaliyyət göstərib, o hər zaman İslam Cümhuriyyətinin ideologiyasını dəstəkləyib. Bəstəkarlıq sahəsində də fəaliyyət göstərən İ.Qarabaği son illərdə fars şovinizminin mənafeyi uğrunda çoxlu işlər görüb, bu istiqamətdə bir çox mahnı bəstələyib.
 
Təbrizin bələdiyyə başqanının belə bir şəxsi özünə müşavir təyin etməsi çox diqqətçəkicidir, yerli əhali bu təyinata kəskin etiraz edir.



N.S


Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Quterreş, Ərdoğan və Zelenski Lvovda görüşəcək

2022-08-16

gun az article

Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü

2022-08-16

gun az article

QHT-lərə Dövlət Dəstəyi Agentliyi müsabiqədə qalib gəlmiş təşkilatlarla görüş keçirib

2022-08-16

gun az article

“Yeni nəticələr görürük, bizi çox məmnun edir” - İlham Əliyev

2022-08-16

gun az article

Quba və Şabran rayonlarının meşə ərazisində yanğın başlayıb

2022-08-16

gun az article

Deputat Nazirliyə səsləndi: “Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, İran daxil olur”

2022-08-16

gun az article

İranda yenidən su üsyanı başlaya bilər

2022-08-16

gun az article

Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı mina sahəsi aşkarlanıb

2022-08-16

gun az article

Krımda Rusiyaya məxsus hərbi hissədə partlayış olub –Yanğın davam edir

2022-08-16

gun az article

XİN ingilis nazirin səfirliyə hucumu “fikir azadlığı” adlandırmasına etiraz etdi

2022-08-16

gun az article

İran-Əfqanıstan sərhədində silahlı qarşıdurma

2022-08-16

gun az article

"Ağalar bilmədi birdir bu torpaq..."- Araz həsrətli şair Bəxtiyar Vahabzadənin doğum günüdür

2022-08-16

gun az article

Latviya Ukraynaya 4 helikopter göndərdi

2022-08-16

gun az article

İran Ermənistanla birgə təlimlər keçirir

2022-08-16

gun az article

İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatıb, daha 62 nəfər xəsarət alıb

2022-08-16

gun az article

İran nüvə razılaşması ilə bağlı Avropa Birliyinin təklif etdiyi paketə cavab verib

2022-08-16

gun az article

“Biz imitasiya yox, real nəticələr görmək istəyirik” – XİN rəsmisi

2022-08-15

gun az article

Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinləri ilə görüş keçirilib

2022-08-15

gun az article

Ermənilər Laçında meşəyə od vurub-VİDEO

2022-08-15

gun az article

İran televiziyasının işçisi intihar edib

2022-08-15