SON XƏBƏRLƏR

ETTELAAT: “CİA təşkilatına işləyən 17 casus həbs edilib. Onlardan bəziləri edam ediləcək”

2021.10.20, 07:36
ETTELAAT: “CİA təşkilatına işləyən 17 casus həbs edilib. Onlardan bəziləri edam ediləcək”

Gunaz.tv

GünazTV: İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) anti-casusluq bölməsinin baş direktoru iyulun 22-də mediaya açıqlamasında ölkənin həssas mərkəzlərində 17 casusun aşkarlanaraq həbs edildiyindən xəbər verib.

 

Adı mediaya açıqlanmayan ETTELAAT rəsmisi deyib ki, ötən ayın sonlarında (xordadın 28-də) ölkənin həyati xarakter daşıyan həssas iqtisadi, hərbi, nüvə və kiber mərkəzlərində çalışan, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) casusluq edən 17 nəfər həbs edilib: “Tutulan casus şəbəkəsinin üzvlərinin bir-biri ilə əlaqəsi olmayıb. Onlar ayrı-ayrılıqda fəaliyyət göstəriblər. Həbs edilənlər podratçı və müşavir kimi işlədikləri həssas mərkəzlərdə topladıqları informasiyaları CİA-ya ötürüblər.

 

Tutulanların hamısı İran vətəndaşlarıdır. Həmin şəxslərin artıq məhkəməsi keçirilib və onlardan bəziləri ölkəyə xəyanətdə və yer üzündə fəsad törətməkdə günahlandırılaraq ölümə məhkum ediliblər və həmin ittihama görə də edam ediləcəklər.

 

ETTELAAT rəsmisi tutulan “casuslar”ın adlarını, onların fəaliyyət növünü və məhkəmələrinin nə vaxt keçirildiyini açıqlamayıb.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar