SON XƏBƏRLƏR

Ettelaat əməkdaşları Cavad Əhmədi Yekanlıya zəng edərək onu idarəyə çağırıb və təhdid ediblər – Xoy şəhərində

2021.10.20, 07:36
Ettelaat əməkdaşları Cavad Əhmədi Yekanlıya zəng edərək onu idarəyə çağırıb və təhdid ediblər – Xoy şəhərində

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətində yerləşən Xoy şəhərinin Ettelaat İdarəsinin əməkdaşları güney azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlı ilə telefon əlaqəsi saxlayıb.

 

Xoy sakini olan fəala noyabrın 11-də zəng edilib, o müəyyən məsələlərlə bağlı izahat vermək məqsədi ilə Ettelaat İdarəsinə çağırılıb.

 

Məlumata görə, Cavad Əhmədi Yekanlı Ettelaat İdarəsinə çağırılmasına sərt reaksiya verərək bildirib ki, ondan hansısa şikayət varsa, bu işə məhkəmə orqanları baxmalıdır.

 

Ettelaat İdarəsi o halda adı çəkilən fəala təzyiq göstərir ki, noyabrın 2-də Qərbi Azərbaycan Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi Cavad Əhmədi Yekanlı və daha iki güney azərbaycanlı milli-mədəni fəal barəsində bəraət hökmü çıxarıb.

 

Cavad Əhmədi Yekanlı bundan əvvəl də Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, məhkəmə qarşısına çıxarılıb və müxtəlif təzyiqlərlə üzləşib. Azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı zaman bir neçə dəfə işgəncəyə məruz qalıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar