SON XƏBƏRLƏR

Ettelaat-ın təcridxanasında saxlanılan güney azərbaycanlı fəal Əkbər Mühaciri qaynatasının dəfn mərasimində iştirak edə bilməyib

2021.10.20, 07:36
Ettelaat-ın təcridxanasında saxlanılan güney azərbaycanlı fəal Əkbər Mühaciri qaynatasının dəfn mərasimində iştirak edə bilməyib

Gunaz.tv

GünAz TV: Ettelaat İdarəsi güney azərbaycanlı milli-mədəni fəal Əkbər Mühaciriyə qaynatasının dəfn mərasimində iştirak etməsinə icazə verməyib.


Azərbaycanlı fəalın qaynatası yanvarın 22-də vəfat edib.


Hazırda Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlanılan güney azərbaycanlı fəal Əkbər Mühaciri 2019-cu il noyabrın 24-də tutulub. Məlumata görə, 10 nəfərdən çox Ettelaat əməkdaşı fəalın evinə hücum çəkib, onu həyat yoldaşı və övladının gözü qarşısında döyərək əllərinə qandal vurub və özləri ilə aparıblar.


İnsan Hüquqları ilə bağlı mənbələrin məlumatına görə, 2019-cu ilin noyabr ayında ölkədə keçirilən kütləvi etirazlar zamanı Təbrizdə 300-dən çox fəal saxlanılıb. Məhəmməd Mahmudi, Əkbər Mühaciri, Şahin Bərzgər, Əyyub Şiri, Ruzbeh Piri, Yaşar Piri, Nasir Xülusi, Davud Şiri, Babək Hüseyni Müqəddəm və s. saxlanılan fəalların arasında olub.


İki aydan çoxdur qeyri-müəyyən vəziyyətdə saxlanılan fəallarla görüşmək mümkün deyil. Dəqiq olaraq hansı ittiham üzrə saxlandıqları məlum olmayan fəallar vəkil tutmaq hüququndan da məhrumdur. Bəzi mənbələr saxlanılanların ağır işgəncə edildiyini bildirir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar