ETTELAAT rəhbəri: “Qonşu ölkələrin təhlükəsizlik xidmətləri ölkəmizin təhlükəsizliyinə qarşı hərəkətə keçiblər”

19.12.2018, 11:15

GünAzTV: İranın kəşfiyyat (ETTELAAT) naziri Mahmud Ələvi dekabrın 18-də parlamentdə çıxış edərək, qonşu ölkələrin təhlükəsizlik xidmətlərindən və xarici ölkələrdə islam respublikasına qarşı fəaliyyət aparan İran müxalifətindən danışıb.

 

Öz çıxışında xarici ölkələrdə islam respublikasına qarşı mübarizə aparan siyasi qrup və cərəyanları “əksinqilabçı” adlandıran Ələvi bildirib ki, İranın hazırkı təhlükəsizlik durumu və şəraiti əvvəlki illərlə tam fərqlidir: “Hazırda qonşu ölkələrin təhlükəsizlik xidmətləri və hətta bəzi uzaq ölkələrin xəfiyyə qurumları birbaşa İranın təhlükəsizliyinə qarşı hərəkətə keçiblər. Onlar var gücləri ilə terrorçu cərəyan və quruplara maddi baxımdan dəstək verir, onlara təlimlər keçirlər.

 

Bundan əvvəl təlimlər, yalnız ibtidai hərbi və partizan təlimləri həddində idi. Lakin hazırda onlar öz fəaliyyətlərini, eləcə də gediş-gəliş və əlaqələrini təhlükəsizlik qüvvələrinin gözündən gizli saxlamaq məqsədilə informasiya təlimləri də keçirlər. Hazırda biz belə bir şəraitlə üzləşmişik. Belə bir vəziyyətdə sionist rejiminin gizli xidmətləri də tam gücləri ilə meydana giriblər və terrorçu dəstələri təşkilatlandırırlar. Bütün bunlar isə cinayətkar Amerikanın dəstəyi ilə həyata keçirilir. Həmin dəstəyin nəticəsində isə məqsəd, əksinqilabçı qrupların bir-birinə yaxınlaşması və birgə fəaliyyət aparmasından ibarətdir.

 

Son bir-iki ildə, dünyanın müxtəlif yerlərində əksinqilabçı və müxtəlif etnik cərəyanların islam respublikasına qarşı birgə mübarizə aparmaq məqsədilə 64 toplantısı keçirilib. Bu isə onların ölkəmizə qarşı birgə mübarizəsini koordinasiya etmək məqsədilə edilib. Aydın məsələdir ki, şərait belə olan halda, fərqli və həssas təhlükəsizlik vəziyyəti yaranır və biz buna qarşı tədbir görməliyik”.

 

Ələvi, İranın təhlükəsizliyinə qarşı hərəkətə keçən qonşu ölkələrin adlarını açıqlamayıb.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27