SON XƏBƏRLƏR

Ettellat əməkdaşları tərəfindən oğurlanan Əli Əzizidən heç bir xəbər yoxdur

2021.10.20, 07:36
Ettellat əməkdaşları tərəfindən oğurlanan Əli Əzizidən heç bir xəbər yoxdur

Gunaz.tv

GünAz TV: Ötən bazar günü Urmiyə məhkəməsində Ettelaat əməkdaşları tərəfindən oğurlanan güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi barəsində heç bir məlumat yoxdur.

 

Səlahiyyətli məsullar fəalın harada və hansı vəziyyətdə saxlandığı barədə onun ailəsinə məlumat verməkdən imtina edir, bu vəziyyət Əzizi ailəsinin nigaranlığına səbəb olub.

 

Fəal iyunun 2-də Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsində keçirilən məhkəmə iclasına qatılıb. Bundan əvvəl çıxarılan mülki vəsiqənin məbləği məhkəmə tərəfindən artırıldıqdan sonra o təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, bu günə qədər fəalın vəziyyəti haqda heç bir məlumat əldə etmək mümkün olmayıb.

  

Həmin dosyeyə görə məhkəməyə çağırılan Əta Kərimi ona rəsmi çağırış vərəqəsi göndərilmədiyi üçün məhkəmə iclasına qatılmaqdan imtina edib.

 

Əli Əzizi və Əta Kərimi iyunun 1-də telefon vasitəsi ilə məhkəməyə çağırılmışdır.

 

Əta Kərimi və Əli Əzizi 4 il əvvəl (hicri-şəmsi təqvimi ilə 1394-ci ilin xordad ayında) Urmiyədə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb, onlar mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Fəallara saxlandıqları zaman “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşdikləri elan olunub.

 

Qeyd edək ki, 2016-cı ildə Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsi dosyenin qapanması və fəalların təqib olunmasına son verən qərar qəbul edib, lakin hökm prokuror müavininin etirazı ilə qarşılanıb, o yenidən məhkəmə işinin açılmasını istəyib.

Fəallar bu müddətdə dəfələrlə məhkəməyə müraciət edərək dosyelərinin uzun müddətdir qapanmamasına öz etirazlarını bildiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar