SON XƏBƏRLƏR

EURO 2008: türk emosionallığı və ya alman soyuqqanlığı?.ANS PRESS-in rəy sorğusu

2021.10.20, 07:36
EURO 2008: türk emosionallığı və ya alman soyuqqanlığı?.ANS PRESS-in rəy sorğusu

Gunaz.tv
EURO 2008: türk emosionallığı və ya alman soyuqqanlığı? ANS PRESS-in rəy sorğusu turkiye25.06.jpg Ağasəlim Mircavadov («Xəzər-Lənkəran» klubunun Baş məşqçisi): - Ürəyimiz Türkiyə ilədir! Çox istəyərik ki, məhz Türkiyə millisi udub finala çıxsın. Yaddan çıxarmaq lazım deyil ki, bu komandanın zədəliləri və qırmızı-sarı kart alanları çoxdur, bu fonda da Almaniya komandası həddən artıq güclü görünür. Amma ümidi üzmürəm və inanıram ki, Türkiyə millisi qalib gələcək. Hesab deməyə çətinlik çəkirəm. Təki qələbə olsun! Faiq Sucəddinov (bəstəkar): - Türkiyə futbolçuları fantastik və gözlənilməz dərəcədə oyun göstərirlər. Mən özüm bu yaxınlarda Türkiyədə olanda milli komandanın Fatih Terimin rəhbərliyi altında məşqlərini canlı izləmişəm. Onların indiki çempionatdakı oyunu 1941-45-ci il müharibəsini xatırladır. Əvvəl almanlar güclü başlasalar da, SSRİ-nin qələbəsinə şanslar az olsa da, sonda Sovet ordusu coşdu və qalib gəldi. İndi türklər də belə oynayır. Mən bugün gözəl futbola azarkeşlik edəcəm. Amma açığını desəm, matçın 2-1, Almaniya yığmasının xeyrinə başa çatacağını zənn edirəm. Oqtay Mirqasımov (kinorejissor): - Mən o qədər də futbol həvəskarı və mütəxəssisi deyiləm. Amma Türkiyənin istər milli yığma komandasına, istərsə də ayrı klubuna həmişə azarkeşlik edirəm, çünki bu, mənim üçün prinsipial və doğma məsələdir. Ümumiyyətlə, türk dünüyasında olan bütün məsələlərdə mən İttifaqın arzusundayam. Ona görə də, təbii ki, böyük həyəcanla gözləyirəm bu oyunu və çox arzu edirəm ki, Türkiyə millisi qalib gəlsin. Qalan işlər Allahın əlindədir. Mən heç bir hesab deyə bilmərəm. Nə özümü, nə də kimisə çaşdırmaq istəmirəm. Əsas odur ki, qələbə olsun, hesabın fərqi yoxdur! Fidan Qasımova (müğənni): - Siz hədəfi düzgün seçmisiniz – mən məhz bu Çempionatı oğlumla birlikdə çox diqqətlə izləyirəm, ona görə də dəqiq bilirəm hansı komandalar güclüdür, hansılar isə əksinə, zəif. Almaniya komandası yüksək səviyyədə hazırlaşıb bu çempionata. Amma Türkiyə udmalıdır. Türkiyəli futbolçular özlərini qələbəyə kökləyiblər, çox emosionaldılar. Almanlar da pis deyil, onlar özlərinə məxsus soyuqqanlılıqla oyunları başa vururlar. Bu səbəbdən də hesab edirəm ki, bugünki oyun emosiyalarla soyuqqanlılıq matçı olacaq. Ürəkdən Türkiyə komandasının qələbəsini arzulayıram, onlar mənə daha yaxındır. 2-1 hesabı ilə matç Türkiyə millisinin xeyrinə başa çatacaq. Asif Bağırov (idman şərhçisi): - Türkiyə artıq öz işini görüb. Mən inanıram ki, bu axşam Türkiyə yığmasına daha çox alqışlar olacaq. Onlar məğlub olsalar belə, Vətənlərində qəhrəman kimi qarşılanacaqlar. Məhz bu cəhətdən bugünki oyunda psixoloji üstünlük türklərin tərəfində olacaq, çünki itiriləsi heç nə yoxdur. Almanlarda isə əksinə – onlar Türkiyənin çox zəif heyətilə bacarmasalar, bu, bundestim üçün biabırçılıq olacaq. Fikrimcə, oyun 2-1 hesabı ilə Almaniya millisinin xeyrinə başa çatacaq. Rəşad Sadıxov (futbolçu): - Türkiyəyə azarkeşlik etsəm də, fikrimcə, bugünki oyunda Almaniya millisi qalib gələcək. 1-0 hesabı ilə. Elmar Məmmədyarov (Azərbaycanın Xarici İşlər naziri): - Mən sözsüz ki, bu gün Türkiyə milli komandasına azarkeşlik edəcəm. Onlar son iki matçda gözəl oyun nümayiş etdiriblər. Çox istəyirəm ki, qardaş Türkiyənin milli yığması qalib gəlsin. Onlara uğurlar! Mir Şahin (jurnalist, ANS Şirkətlər Qrupunun vitse-prezidenti): - Mən çox istəyirəm ki, Türkiyə milli yığması bu gün udsun, amma qələbəni Almaniya qazanacaq. Türkiyə, heyətinə görə, çox zəifdir (zədələnənlər, sarı və qırmızı kart almış oyunçularına görə). Dəqiq proqnoz verə bilmərəm oyun hansı hesabla bitəcək, amma güman edirəm ki, bu, 0-2, 1-3, yaxud 2-4 Almaniyanın xeyrinə olacaq. Natiq Əliyev (Yanacaq Energetika naziri): - Qeyd etmək istəyirəm ki, mən özüm indi Almaniyadayam. Mənim üçün də çox maraqlıdır bu gün almaniyalı azarkeşlərin emosiyalarını, onların reaksiyasını kənardan izləmək. Mən özüm, sözsüz ki, Türkiyəiyə azarkeşlik edəcəm. Amma məsələyə obyektiv yanaşsaq, qeyd etmək lazımdır ki, almanlar taktikalı, peşəkar və dinamik oyun nümayiş etdirirlər. İndiyə qədər uğur Türkiyə millisinin tərəfində olub və arzulayıram ki, bu, sonadək belə olsun. Mən onlara qələbə arzulayıram. Hesab isə, istəyirəm, 2-1 olsun. Əlbəttə, Türkiyənin xeyrinə! Əliağa Hüseynov (Respublikanın Baş komissarı): - Əlbəttə, istəyərdim ki, öz qanımdan, dilimdən olan Türkiyə qələbə çalsın və finalda da onlar birinci yerə çıxsınlar. Düşünürəm ki, bugünki oyun çox çətin olacaq. Təxminən 1-0 hesabı ilə başa çatacaq. Sözsüz ki, türklərin xeyrinə! Onlara uğurlar! Azad Rəhimov (Gənclər və İdman naziri): - Turklər xüsusilə son oyunlarda mocüzə nümayiş etdirdilər. Sözsüz ki, mən Türkiyə Milli Komandasına azarkeşlik edəcəm və bu axşam oyunu diqqətlə izləyəcəm. Amma unutmaq lazım deyil ki, rəqib çox güclüdür. Almaniya komandası dəqiq taktikadan istifadə edir, soyuqqanlı dinamik oyun göstərir. Buna baxmayaraq, mən Türkiyə yığmasının bu dəfə də qələbə qazanmasını və final mərhələyə çıxmasını arzulayıram! Hesaba gəlincə... çətinlik çəkirəm nəsə deməyə... Əlbəttə arzulayıram ki, Tükiyə millisi bizi sevindirsin! Novruz Məmmədov (Prezident Aparatı Beynəlxalq Əlaqələr şöbəsinin müdiri): - Mən bu axşam Türkiyə millisinə azarkeşlik edəcəm. Zənnimcə, oyun 2-1 hesabı ilə Türkiyənin xeyrinə başa çatacaq. Çingiz Abullayev (yazıçı): - Bilirsiniz, mən azəri türkü kimi sevinirəm Türkiyə komandasının uğurunua, möcüzəyə, onların iradəsinə. Amma məni tanıyan adamlar, qohumlar, tanışlar bilirlər ki, mən həmişə almanlara azarkeşlik etmişəm. Bu dəfə, görünür, ürəyim iki yerə parçalanacaq. Amma həqiqəti istəyirəm deyim – nə qədər istəsəm ki, də türklər udsun, qələbəni 2-0 hesabı ilə almanlar qazanacaq. Bəhram Bağırzadə: - Türkiyə millisinin sağ əli futbolçularımızın, Semihin isə sol ayağı bizim topun başına olsun! İstəyirəm türk arkadaşlarımız Almaniyaya qalib gəlsin! Yada salsınlar ki, onlar böyük Türk elindən Avropaya gediblər və oranı fəth etməlidilər. Əminəm ki, 2-1 hesabı ilə Türkiyə yığması qalib gələcək və finalda Rusiya ilə görüşəcək! Aytən Səfərova /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar