SON XƏBƏRLƏR

Evin Zindanında məhbus həyatı yaşayan Siyamək Mirzayidən Həsən Azərbaycanın vəfatı ilə bağlı başsağlığı müsajı

2021.10.20, 07:36
Evin Zindanında məhbus həyatı yaşayan Siyamək Mirzayidən Həsən Azərbaycanın vəfatı ilə bağlı başsağlığı müsajı

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsən Azərbaycanın (Həsən Dəmirçi) vəfatı ilə bağlı başsağlığı mesajları yayılmaqda davam edir.

 

Bu dəfə Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi ustadın vəfatı münasibəti başsağlığı mesajı göndərib.

 

Mesajda deyilir:

“İşıq damcıları zamanın alnına axır

Dəniz düşüncəsinə qovuşmaq üçün

İnci yollardan başlanılır

Göylərdən ürəyinə yüksələnən haq yolumuz

Sən gözəllik nəğməsinə, azadlıq harayına el bəstəkarısan

Səsləndinsə, Azərbaycan səslənir”

 

Həsən ağa Dəmirçinin dünyadan köçməsi münasibəti ilə əziz ailəsi və Azərbaycan vurğunlarına başsağlığı diləyirik.

 

Siyamək Mirzayi 2018-ci il iyunun 26-ı”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar