SON XƏBƏRLƏR

Evin zindanında saxlanılan İbrahim Nurinin yaxın vaxtlarda azadlığa buraxılmayacağı bildirilib

2021.10.20, 07:36
Evin zindanında saxlanılan İbrahim Nurinin yaxın vaxtlarda azadlığa buraxılmayacağı bildirilib

Gunaz.tv

GünAz TV: İyulun 2-də Babək qalası yürüşü ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən Tehranda yaxalanaraq Evin zindanının 209-cu korpusuna aparılan azərbaycanlı milli-mədəni fəal Fərəc Nurinin yaxın vaxtlarda azadlığa buraxılacağı gözlənilmir.

 

Bu barədə Evin  Prokurorluğunun 7-ci şöbəsinin müstəntiqi ona müraciət edən fəalın qardaşı Fərəc Nuriyə iyulun 31-də məlumat verib. Fərəc Nuriyə bildirilib ki, İbrahim son zamanlar geniş fəaliyyətlə məşğul olub, ona görə də yaxın vaxtlarda sərbəst buraxılacağı gözlənilmir.

 

Babək qalası yürüşü ilə əlaqədar saxlanılıb sonralar azadlığa buraxılılan fəallardan bir neçəsi, dindirmə zamanı İbrahim Nuriyə qarşı sərt münasibətin olduğunu bildiriblər. Məlumata görə, müstəntiqlər azərbaycanlı fəaldan intiqam almaq üçün məhkəmə orqanlarından icazə aldıqlarını iddia ediblər.

 

Hüquq üzrə öyrənci olan İbrahim Nurinin 27 yaşı var. O 14 yaşından mədəni fəaliyyətlərlə məşğul olur, bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Fəal son iki dosyesi ilə əlaqədar sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhd göstərmək ittihamı ilə toplam olaraq 16 ay həbs cəzasına məhkum edilib.

 

İbrahim Nurinin İranda insan hüquqları pozuntuları haqda ciddi hüquqi araşdırmaları var. O İran prezidenti Həsən Ruhaniyə ünvanladığı bir məktubda onun iddia etdiyi insan hüquqlarını tənqid edərək İranın məhkəmə sisteminin təhlükəsizlik orqanlarına tabe olduğunu bildirib.

 

İyulun 5-i və 6-da keçirilən babək qalası yürüşü ilə əlaqədar saxlanılan onlarla fəaldan yalnız İbrahim Nuri və Kiyumərs İslami hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır, digər fəallar ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar