Evin zindanında saxlanılan milli fəallar: Dövlət televiziyasında yayımlanan reportaj gülünc və yalandır

2020-08-14 12:58

Evin həbsxanasında 8-ci korpusunda saxlanılan azərbaycanlı milli fəallar, həmin korpusda olan 12 siyasi məhbus ilə birlikdə bəyanat yayaraq İran dövlət televiziyasının həbsxanadaki vəziyyət ilə bağlı yayımladığı reportajı “yalan və gülünc” adlandırıblar.

Gunaz.tv Quote | Gunaz article

Ana dili uğrunda mübarizələrinə görə həbs edilən Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı və Evin həbsxanasında saxlanılan digər siyasi məhbusların birgə bəyanatında dövlət televiziyasında yayımlanan reportajın tam əksinə Evin və İranın digər həbsxanalarında “sanitariya-gigiyena şəraitinin”, eləcə də məhbusların yaşayış şərtlərinin "acınacaqlı" olduğu bildirilib.

Bəyanatı imzalayan şəxslər ictimaiyyəti bu məsələyə diqqət yetirməyə çağırıblar.

 

 

Qeyd edək ki, Avqustun 10-da həbsxananın 8-ci korpusunda saxlanılan məhbuslar arasında koronavirus xəstəliyinin simptomları ortaya çıxdıqdan sonra bu korpusdakı 27 siyasi məhbus həbsxananın həyətində oturaq aksiya keçirərək zindanın şərtlərinə diqqət yetirilməsini tələb etmişdilər.

Aksiyadan bir gün öncə həmin korpusda saxlanılan 12 məhbusun koronavirusa yoluxduğu müəyyən edilmişdi.

 

 

Aksiyadan sonra İranın təhlükəsizlik təşkilatları tərəfindən yönləndirildiyi iddia edilən 20:30 xəbər proqramının müxbirləri Evin həbsxanasına gedərək öncədən müəyyənləşdirilmiş məkanlardan və razılaşdırılmış şəxslərdən reportaj hazırlayaraq həbsxana məsullarının bütün sanitariya-gigiyena qaydalarına diqqət yetirdiyini göstərməyə çalışıblar.

Sözügedən reportaj avqustun 12-də İran dövlət televiziyasının 2-ci kanalında yayımlanıb.

 

 

Siyasi məhbusların yaydığı bəyanatda bildirilib ki, reportajda göstərilənlər həbsxanadakı reallıqları əks etdirmir.

Bəyanatı imzalayanlar reportajda iddia edilən dezinfeksiyaedici hər hansı bir tuneldən xəbərdar olmadıqlarını, yeni gələn məhbusların karantində saxlanılma müddətinin 14 gün deyil bir neçə saat və ya maksimum 1 gün olduğunu qeyd ediblər.

Siyasi məhbuslar bəyanatda həmçinin həbsxananın poliklinikasında çalışan həkimin məhbusların temperaturunu qızdırma ölçən cihazı ilə deyil, əlini alınlarına qoymaqla müəyyənləşdirməsi kimi acınacaqlı məsələlərdən də söz açıblar.

 

 

Onların dediyinə görə, reportajda göstərilən lüks kameralar həbsxananın 4-cü korpusunda saxlanılan hakimiyyətə yaxın şəxslərə aiddir, hansılar ki korrupsiya kimi cinayətlərə görə həbs ediliblər.

 

 

Bəyanatın sonunda deyilir: “Bu hekayənin sonu bizim üçün nə qədər acı olsa da, iqtidar üçün 100 qat daha acı olacaq”.

Bəyanatı aşağıda adı çəkilən siyasi məhbuslar imzalayıb:

Behnam Musəvivənd, Behnam Məhcubi, Məhəmməd Hadi Mehrani, Hüseyn Məhmudi, Abtin Cəfəriyan, Ruhullah Xizri, Yasin Cəmali, Əlirza Fərşi, Həmid Mənafi, Behnam Şeyxi, Sübhan İmani, Müsəyyib Rəisi Yeganə, Əsgər Şiri, Əhməd Farsi və Möhsün Fərid.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19