SON XƏBƏRLƏR

"Nyu York Times": "İranda etirazçılara qarşı repressiyalarda ambulanslardan istifadə edilir"

2022.11.24, 13:06
"Nyu York Times": "İranda etirazçılara qarşı repressiyalarda ambulanslardan istifadə edilir"

Gunaz.tv

Məlumatda bildirirlir ki, İslam Respublikası rejimi tibbi tərəfsizlik prinsipini geniş şəkildə pozur, repressiv qüvvələrin və məhbusların daşınması üçün təcili yardım maşınlarından istifadə etməklə yanaşı, tibb ictimaiyyətinə və xəstəxanalara təzyiq göstərir və etirazçıların tibbi xidmətlərə çıxışının qarşısını almaqda davam edir.

Qəzet noyabrın 23-də şahidlərin ifadələri, foto və videolara istinadən Tehran hökumətinin təcili tibbi yardım maşınlarından təyinatı üzrə istifadə etmədiyini yazıb.

"Şahidlərin ifadələri və video analizləri hökumətin etirazlara müdaxilə etmək və etirazçıları saxlamaq üçün təcili yardım maşınlarından necə istifadə etdiyini göstərir",-deyə, “New York Times” bildirib.

Qəzet məsələ ilə bağlı bir neçə şahidin ifadəsini yayımlayaraq, xüsusilə etirazçı qız və qadınların ambulanslara naməlum yerlərə aparıldıqları barədə çoxsaylı faktların olduğunu qeyd edib.

Qeyd edək ki, bundan əvvəl oktyabrın 26-da həkimlər Tehranda Səhiyyə Nazirliyinin imkanlarından, o cümlədən ambulanslardan repressiyaları həyata keçirmək üçün istifadə etdiyinə, yaralıların müalicəsinə imkan verilmədiyinə görə etiraz aksiyası keçiriblər.

Həmin aksiyada Güney Azərbaycanın Zəncan şəhərindən olan mütəxəssis cərrah Pərisa Bəhməni hökumət məmurları tərəfindən öldürülüb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar