Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb

11.03.2022, 14:26

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

Gunaz.tv Quote | Gunaz article

XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri, habelə regionda baş verən ən son proseslər barədə fikir mübadiləsi aparıblar.

C.Bayramov həmsöhbətinə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində, xüsusilə ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Nazir həmçinin üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycan tərəfindən atılan addımlardan danışıb.

Eyni zamanda postmünaqişə mərhələsində həyata keçirilən quruculuq və reinteqrasiya proseslərində ATƏT-in mümkün iştirakı ətrafında məsələlər müzakirə olunub.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələləri müzakirə ediblər. (Report)
 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Həmədan əyalətində səhralaşma sürətlə artır

2022-05-27

gun az article

Güclü daşqın Ərdəbil kəndlərinə ciddi ziyan vurub

2022-05-27

gun az article

Qəzvində tarixi əsər qaçaqmalçıları həbs edilib

2022-05-27

gun az article

"Ərk"-Azərbaycan İnsan Haqları Təşkilatı güneyli fəallarla bağlı müraciət edib

2022-05-27

gun az article

"Görüş”də müzakirə: “İranda iqtisadi fəlakət: Səbəblər və gələcək”-VİDEO

2022-05-27

gun az article

“Sözümüz” proqramında müzakirə: “Qaşqay türkləri”-VİDEO

2022-05-27

gun az article

Vərziğanda qədim qayaüstü rəsm əsərləri tapılıb

2022-05-26

gun az article

Təbriz və Bursa qardaşlaşmış şəhər olacaq

2022-05-26

gun az article

Yaxınları milli fəal Məhəmməd Eyninin taleyindən nigarandır

2022-05-26

gun az article

"Traxtur" Şiraz klubunu məğlub edib

2022-05-26

gun az article

Sulduzda "May qiyamı" qurbanlarının xatirəsi anılıb

2022-05-25

gun az article

Azərbaycanlı veteran futbolçu Əli Dayinin Kirmana sərmayə yatırması narazılıq doğurdu

2022-05-25

gun az article

Şərqi Azərbaycan İran parlamentinin Rəyasət Heyətində kürsüsünü itirdi

2022-05-25

gun az article

“Özümüz” proqramında müzakirə: “Qaraqoyunlu dövləti” -VİDEO

2022-05-25

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxan uşaqların sayı artıb

2022-05-25

gun az article

Güney Azərbaycanda dəmiryolu işçiləri etirazlara başlayıb

2022-05-25

gun az article

Güney Azərbaycan ali məktəbləri Ərzrum Universiteti ilə əməkdaşlıq edəcək

2022-05-25

gun az article

Şərqi Azərbaycanda məktəb və dövlət idarələri bağlandı

2022-05-25

gun az article

Güneyli alimin edam hökmünün ləğvi istəyi ilə mitinqə çağırış edilib

2022-05-25

gun az article

Abbas Lisani yenidən əməliyyat olunub

2022-05-25