Ceyhun Bayramov Yunanıstanın XİN başçısı ilə görüşüb

02.12.2022, 14:14

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşüb.

Gunaz.tv Quote | Gunaz article

XİN-dən verilən xəbərə görə, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, ticarət, energetika, humanitar və digər sahələrdə əlaqələr, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanla Yunanıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də cari ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşün əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov həmkarına post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, azad olunmuş ərazilərin bərpa və quruculuq işləri, habelə Ermənistanın proses çərçivəsində törətdiyi çətinliklər və maneələr barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub. (azpost)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyəyə yardım təklifi edən ilk ölkə Azərbaycan olub

2023-02-06

gun az article

"Avropa İran məsələsində İsraillə uzlaşmaya yaxınlaşıb"-Netanyahu

2023-02-06

gun az article

İsrail Türkiyəyə yardım ayırdı

2023-02-06

gun az article

İranda məcburi hicab qaydaları sərtləşdirilir

2023-02-06

gun az article

Suriyada zəlzələdə ölənlərin sayı 237-yə çatıb, 639 nəfər yaralanıb

2023-02-06

gun az article

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib: "Hər zaman Türkiyənin yanındayıq"-FOTO

2023-02-06

gun az article

Azərbaycan Prezidentinin tapşırığı ilə 370 nəfərlik çevik xilasetmə qüvvələri Türkiyəyə göndərilir

2023-02-06

gun az article

İlham Əliyev Ərdoğana başsağlığı verib

2023-02-06

gun az article

Türkiyədə 7.4 bal gücündə zəlzələ olub, 284 nəfər ölüb, minlərlə yaralı var

2023-02-06

gun az article

İsrail İranda üç min hərbi hədəf müəyyən edib

2023-02-06

gun az article

Rusiya ilə İran birgə PUA istehsal edəcəklər

2023-02-06

gun az article

Ceyhun Bayramov İranda səfirliyə hücum zamanı yaralananları ziyarət edib

2023-02-05

gun az article

Hulusi Akar: “Ermənistan verilən fürsətdən istifadə etməlidir”

2023-02-05

gun az article

İstanbulda İŞİD-in 15 tərəfdarı saxlanılıb

2023-02-05

gun az article

Xankəndi-Laçın yolunda aksiyanın 56-cı günü: etirazçıların fəallığı gündən-günə artır

2023-02-05

gun az article

Əfqanıstanda prezident sarayının yaxınlığında partlayış olub

2023-02-04

gun az article

Beynəlxalq səyahətçilər Cıdır düzündə olublar

2023-02-04

gun az article

ABŞ müsadirə etdiyi Rusiya aktivlərini ilk dəfə Ukraynaya verdi- CNN

2023-02-04

gun az article

Beynəlxalq Şəffaflıq Təşkilatı İranla bağlı hesabat yaydı

2023-02-04

gun az article

"İran iqtisadiyyatı uğursuzluğa məhkumdur"-Məhəmməd Baqir Qalibaf

2023-02-04