Ceyhun Bayramov yeni səfiri qəbul etdi

01.07.2022, 15:44

1 iyul 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Milan Sedlaçeki qəbul edib.

Gunaz.tv Quote | Gunaz article

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Modern.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov, səfir Milan Sedlaçekin etimadnaməsinin surətini qəbul edib və səfiri təyinatı münasibətilə təbrik edib.

Azərbaycanın Çexiya ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edən nazir, ölkələrimiz arasında yüksək siyasi dialoqun və qarşılıqlı anlaşmanın mövcud olduğunu söyləyib. Çex Respublikasının Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri qurduğu 9 Aİ üzv ölkəsindən biri olduğu vurğulanıb.

Səfir Milan Sedlaçek təbriklərə görə nazirə təşəkkürünü ifadə edib. O, öncəki təyinatlarında yaxın bölgədə çalışmaq təcrübəsinin olduğunu bildirib. Səfir, ikitərəfli əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu və bu potensialdan əlaqələrin inkişafı naminə istifadə edilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tərəflər, iki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, habelə bir sıra sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, energetika, humanitar istiqamətlər üzrə əlaqələrin perspektivləri imkanları üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov yeni səfirə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə ciddi riayət olunması əsasında bölgədə sülh və sabitliyin təmin olunması yanaşmasına dair məlumat verib.

Nazir, Çex Respublikasının yeni təyin edilmiş səfirinə ölkəmizdəki diplomatik fəaliyyəti müddətində müvafiq dəstəyin göstərilməsinə hazır olduğumuzu ifadə edib və ona uğurlar arzulayıb. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizin millət vəkili: "Cəmiyyət parçalanmağa doğru gedir"

2022-08-15

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2022-08-15

gun az article

“Düşünməyə çağırış”: “Güney Azərbaycanda təbiətə zərər vuran sənaye”-VİDEO

2022-08-15

gun az article

“Azadlıq səsi”ndə müzakirə: “İranın Azərbaycana qarşı terror təhdidi”-VİDEO

2022-08-15

gun az article

Mədəni fəal Əkbər Nəiminin işinə yenidən baxılacaq

2022-08-15

gun az article

Qərbi Azərbaycanda silah-sursat aşkarlanıb

2022-08-14

gun az article

Savalan dağında kürdlərlə türklər arasında qarşıdurma olub-VİDEO

2022-08-14

gun az article

İranın təhlükəsizlik məmurları azərbaycanlı bəhai ailənin evinə basqın edib

2022-08-14

gun az article

Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb

2022-08-14

gun az article

Xudafərində su çatışmazlığı və infrastruktur problemləri həll olunmur

2022-08-13

gun az article

Zəncanda “Dənizsiz Şəhər” türk poeziya toplusu işıq üzü görüb

2022-08-13

gun az article

Marağanın cümə imamı Azərbaycana qarşı ittihamlar səsləndirib

2022-08-13

gun az article

Qəzvinli jurnalist həbs cəzasına məhkum edilib

2022-08-13

gun az article

“Körpü”də müzakirə: “İranın Azərbaycanla bitməyən düşmənçiliyi”-VİDEO

2022-08-13

gun az article

“Sözümüz” proqramında müzakirə: “İranda məhərrəmlikdən sui istifadəçilik” -VİDEO

2022-08-13

gun az article

Savə zindanında iki məhkum edam edilib-Onlardan biri azərbaycanlıdır

2022-08-13

gun az article

Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-08-12

gun az article

Qərbi Azərbaycanda serum tapılmır

2022-08-12

gun az article

İranda daha 3 məhkum edam edilib

2022-08-12

gun az article

İran yığmasının güneyli boksçusu məşq zamanı həyatını itirib

2022-08-12