SON XƏBƏRLƏR

Ceyhun Bayramova TÜRKSOY-un xatirə nişanı verildi

2021.11.22, 15:25
Ceyhun Bayramova TÜRKSOY-un xatirə nişanı verildi

Gunaz.tv

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, tərəflər, Azərbaycan və TÜRKSOY arasında faydalı əməkdaşlıq və təşkilatın türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində gördüyü işlər üzrə ümumi fikir mübadiləsi aparıblar.

Baş katib Düsen Kaseinov Azərbaycanda “Nizami İli”nin elan olunması ilə əlaqədar təşkilat tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş tədbirlərin gələn ilin mart ayınadək davam ediləcəyini söyləyib.

Baş katib Düsen Kaseinov TÜRSOY tərəfindən nəşr edilmiş, Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş kitabı və “Nizami xatirə nişanı”nı nazir Ceyhun Bayramova təqdim edib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar