SON XƏBƏRLƏR

“Qafqazda sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyik”-Xamneyinin müşaviri

2022.01.19, 13:08
“Qafqazda sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyik”-Xamneyinin müşaviri

Gunaz.tv

O, İranın Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinə həssas yanaşdığını deyib.

“Qafqazda qonşumuz olan ölkələrin sərhədlərinin toxunulmazlığı İranın milli təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir və biz bunun dəyişdirilməsinə imkan verməyəcəyik” -deyə, Vilayəti bildirib.

O, sərhədlərin dəyişdiriləcəyi təqdirdə yeni böhran nöqtələrinin yaranacağını deyib.

Onun sözlərinə görə, yaranacaq yeni böhranın nə zaman bitəcəyi heç kimə bəlli deyil.

“Önəmli məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan bizimlə həmsərhəddir. Sərhədlərin dəyişməsinə və ABŞ kimi təcavüzkarların gəlib orada yuva qurmasına icazə verməyəcəyik”-deyə, Xamneyinin müşaviri qeyd edib.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsindən bu yana Əli Əkbər Vilayəti bu mövzuda bir neçə bəyanat verib.

44 günlük savaş zamanı İran rəsmiləri arasında sərhədlərin toxunulmazlığı barədə ən çox bəyanat verənlərdən biri Vilayəti olub.

Qəribədir ki, Qarabağın işğal edildiyi zaman və ondan sonrakı 30 il ərzində Əli Əkbər Vilayətinin sərhədlərin toxunulmazlığı ilə bağlı ciddi bəyanatı, çıxışı olmayıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar