SON XƏBƏRLƏR

Ceyk Sallivan: “ABŞ İrana qarşı vahid bir cəbhə yaratmaq niyyətindədir”

2021.10.27, 09:31
Ceyk Sallivan: “ABŞ İrana qarşı vahid bir cəbhə yaratmaq niyyətindədir”

Gunaz.tv

ABŞ prezidenti Co Baydenin cari həftədə Avropaya səfər edəcəyini vurğulayan Sallivan deyib ki, İranın nüvə proqramını məhdudlaşdırmaq Amerika Birləşmiş Ştatları üçün yüksək əhəmiyyətə malik olan prioritet məsələdir.


“Co Bayden Avropaya səfərində fürsətdən yararlanaraq, İranla nüvə danışıqlarında iştiral edən Böyük Britaniya, Fransa və Almaniyanın rəhbərləri ilə görüşdə avropalı tərəfdaşları ilə koordinasiyalı şəkildə İrana qarşı vahid bir cəbhə yaratmaq niyyətindədir.


Biz bununla da, diplomatiya pəncərəsinin həmişəlik açıq olmayacağı və bizim İranın Vyanadakı danışıqlar masasının arxasına qayıtmasının şahidi olmaq istədiyimiz barədə rəsmi Tehrana açıq bir mesaj göndərəcəyik.


Bir daha bildirirəm ki, Amerika İrnın nüvə proqramına qarşı bütün seçimləri qoruyub saxlayacaq və lazım olan zaman onlardan istifadə edəcək. 


Amerika İranın nüvə proqramının inkişafını yaxından nəzarətdə saxlayır. Biz İran İslam Respublikasının nüvə razılaşmasını (“Bərcam”-ı) tərk etməsindən sonra atdığı bütün addımlarından nigaranıq və məhz bu nigaranlığa görə də İranın bütün hərəkətlərini diqqət mərkəzində saxlayırıq”, -deyə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.


Qeyd edək ki, ABŞ prezidentinin Roma və Qlazqoda keçiriləcək iki böyük sammitdə iştirak etmək üçün bu həftə Avropaya səfəri planlaşdırılır.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar