Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı qərar qəbul edəcək - Leyla Abdullayeva

25.11.2021, 21:13

“Hazırda iki beynəlxalq instansiyada Azərbaycan tərəfindən Ermənistan dövlətinə qarşı iddia qaldırılıb”.

Gunaz.tv Quote | Gunaz article

Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, birinci iddia İnsan Hüquqları üzrə Avropa Məhkəməsindədir və bu iddianı 2021-ci ilin yanvar ayında Azərbaycan Ermənistana qarşı qaldırıb: “Burada söhbət 1950-ci il “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın Ermənistan tərəfindən kobud şəkildə pozulmasından gedir. 

Ermənistan tərəfindən həm Birinci Qarabağ müharibəsi, həm davam edən işğal dövründə, həm də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının vətəndaşlarına qarşı hüquq pozuntularını ehtiva edir.

İkinci beynəlxalq instansiya isə Beynəlxalq Ədalət Məhkəməsidir. Burada söhbət 1965-ci il “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiyanın Azərbaycana münasibətdə Ermənistan tərəfindən pozulmasından gedir. 

Azərbaycan tərəfdən qaldırılan əsas 3 təcili məsələni biz qeyd edə bilərik. Birincisi, mina məsələləridir ki, Ermənistan tərəfi məqsədli şəkildə mina xəritələrini verməməklə azərbaycanlı məcburi köçkünlərin geri dönüşünə əngəl törədir. 

Mina partlaması nəticəsində çoxsaylı insanlar həlak olur və xəsarət alır. İkinci məsələ, Ermənistan ordusu tərəfindən törədilmiş hərbi cinayətlərlə bağlı qarşı tərəfdə mövcud olan sübutların qorunub saxlanılmasıdır.

Üçüncüsü isə Ermənistanın revanşist yönümlü qruplarının zorakı çağırışlarla çıxış edək azərbaycanlıları etnik zəmində hədəf almasıdır. Qaldırdığımız bu vəsatətlərlə bağlı məsələyə baxılmaqdadır”.

L. Abdullayeva vurğulayıb ki, ümumiyyətlə, məsələnin mahiyyəti üzrə qərar illər ərzində veriləcək:

“Yaxın zamanda isə təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərarın verilməsi gözlənilir”.

XİN sözçüsü qeyd edib ki, ekoloji və təbii sərvətlərin talan edilməsi ilə bağlı da Azərbaycan hökuməti tərəfindən aidiyyəti üzrə müvafiq instansiyalarda iddialar qaldırılacaq. (apa.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 3 mini ötüb

2022-01-26

gun az article

Manatın alıcılıq qabiliyyətində azalma: "Məzənnənin stabil qalmasına çalışılır"

2022-01-26

gun az article

Səhiyyə Nazirliyi: "Azərbaycanda pandemiya yaxın gələcəkdə bitəcək”

2022-01-26

gun az article

“Çin və Rusiya ilə bağlanmış müqavilələrin mətnindən deputatların xəbəri yoxdur”-İran parlamentinin üzvü

2022-01-26

gun az article

Azərbaycanda məscidlərə dini rəhbər təyin edəcək qurum məlum olub

2022-01-26

gun az article

Zakir Həsənov İran Prezidenti ilə görüşüb

2022-01-26

gun az article

Sistan-Bəlucistanda silahlı qarşıdurma: Polis rəisi öldürüldü

2022-01-26

gun az article

Beynəlxalq Şəffaflıq Təşkilatının yeni hesabatında İran dünyanın ən korrupsiyalaşmış ölkələri sırasındadır

2022-01-26

gun az article

Paşinyan koronavirusa yoluxub

2022-01-26

gun az article

Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına çağırış edib

2022-01-26

gun az article

İşğaldan azad edilmiş ərazilərdə 396 Azərbaycan hərbçisinə aid meyit qalığı tapılaraq götürülüb

2022-01-26

gun az article

Liz Tras: “İranla nüvə danışıqları təhlükəli çıxılmaz vəziyyətə yaxınlaşmaqdaır”

2022-01-26

gun az article

İsrail prezidenti tarixdə ilk dəfə olaraq BƏƏ-yə səfər edəcək

2022-01-26

gun az article

Zakir Həsənov İranın müdafiə naziri ilə görüşüb

2022-01-26

gun az article

Britaniyadan açıq təhdid: "Bir çox rus anaların oğlu evə dönə bilməyəcək"

2022-01-26

gun az article

5 ölkə diplomatlarını Ukraynadan çıxarır

2022-01-26

gun az article

NATO şərq cinahda hərbi mövcudluğunu daha da artıra bilər

2022-01-26

gun az article

İtaliya dövlət katibi: "Avropa Şurası Azərbaycanla Ermənistana sülh üçün lazımi dəstəyi göstərməyə hazırdır"

2022-01-26

gun az article

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə görüşüb

2022-01-25

gun az article

İlham Əliyev Volodimir Zelenskiyə zəng edib

2022-01-25