Beynəlxalq Əfv Təşkilatı Belçikaya İranla razılaşma ilə bağlı xəbərdarlıq edib

06.07.2022, 05:00

Beynəlxalq Əfv Təşkilatı Belçikaya İranla müttəhimlərin ekstradisiyasına dair razılaşma ilə bağlı xəbərdarlıq edib.

Gunaz.tv Quote | Gunaz article

Beynəlxalq Əfv Təşkilatı iyulun 5-də yaydığı bəyanatında Belçika hökumətindən bu ölkə ilə İran İslam Respublikası arasında məhbusların mübadiləsi ilə bağlı qanun layihəsinin Belçikanın beynəlxalq insan haqları qanunları sahəsində öhdəliklərini pozmayacağına dərhal zəmanət verməsini istəyib. 

Beynəlxalq Əfv Təşkilatı sözügedən qanun layihəsinin insan hüquqları standartlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyanların və ya beynəlxalq hüquqa əsasən cinayətkar kimi tanınan şəxslərin cəzasız qalması üçün istifadə edilməməsinə dair zəruri məhkəmə təminatlarını ehtiva etməli olduğunu vurğulayıb.

“Beynəlxalq ictimaiyyət, o cümlədən Belçika hökuməti və başqa Avropa ölkələri xaricdə müxalifəti sıxışdırdıqlarına görə İran hökumətinə bağlı agentləri cəzalandırmaq öhdəliyini yerinə yetirməsə, İran İslam Respublikasının xaricdəki müxaliflərə qarşı hücum riski və təhdidi artacaq"-deyə, bəyanatda qeyd olunub.

İnsan haqları qurumu həmçinin xatırladıb ki, Avropa diplomatik mənbələrinə istinadən bu qanun layihəsinin Belçika parlamentində təsdiq edilməsindən məqsəd terror fəaliyyətlərinə görə Belçikada 20 il həbsə məhkum edilən İran diplomatı Əsədullah Əsədi ilə  İranda qanunsuz həbsdə olan bir neçə Avropa vətəndaşını mübadilə üçün əsas yaratmaqdır.

Bəzi xəbər agentlikləri Belçika rəsmilərinə istinadən bildiriblər ki, İran hökuməti Əsədullah Əsədinin azad edilməsini təmin etmək üçün İrandakı avropalı və ikili vətəndaşlığı olan məhbuslardan, o cümlədən Belçikada işləyən iranlı-isveçli akademik Əhmədrza Cəlalidən taktika kimi istifadə etməyə çalışır. 

“Cinayətkarların ekstradisiyası qanun layihəsi ilə bağlı son hadisələr İran hökumətinin xarici ölkələrdə İran rəsmilərinə qarşı ədalətin icrasına mane olmaq üçün xarici vətəndaşları və ikili vətəndaşlığı olanları qanunsuz həbs etməklə onlardan su-istifadə etdiyini göstərir. Bununla yanaşı gələcəkdə İrana bağlı ünsürlərin xarici ölkələrdə mühakimə olunma ehtimalını zəiflədir"-deyə, bəyanatın davamında bildirilib.

Beynəlxalq Əfv Təşkilatı İran hökumətinin xarici vətəndaşları qondarma ittihamlarla həbs etməsini, onlardan məcburi etiraflar almasını və bu vasitə ilə üçüncü tərəfə öz istəklərini diktə etməyə çalışmasını girov götürmək əməliyyatı kimi dəyərləndirib.

Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur.

Əsədullah Əsədi İranın Avstriyadakı səfirliyində işləyərkən Nəsimə Nəami və Əmir Səduniyə mücahidlərin toplantısını hədəfə almaq üçün başqa bir şəxsin köməyi ilə yarım kiloqram partlayıcı verib.

Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.

Əsədulla Əsədi apellyasiya şikayətindən imtina edib.

Lakin apellyasiya məhkəməsi Mehrdad Arifani, Nəsimə Nəami və Əmir Səduninin şikayəti əsasında keçirilib.

Əsədullah Əsədi İran Kəşfiyyat İdarəsinin Avropadakı əsas rəsmilərindən biri kimi qeyd edilib və onun bu qitədə İslam Respublikasının casus şəbəkəsinə rəhbərlik etdiyi bildirilir.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21