SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı güneyli alimlə bağlı bəyanat yayıb

2022.05.06, 10:03
Beynəlxalq Əfv Təşkilatı güneyli alimlə bağlı bəyanat yayıb

Gunaz.tv

Beynəlxalq Əfv Təşkilatı güney azərbaycanlı alim Əhmədrza Cəlalinin gözlənilən edamı ilə bağlı xəbərdarlıq etdiyi bəyanatda İran hökumətini İran-İsveç vətəndaşı olan siyasi məhbusunun edamını planlaşdırmağı dərhal dayandırmağa və onun ölüm hökmünü ləğv etməyə çağırıb.

Mayın 5-də yayılan bəyanatda Evin zindanının 209-cu bölməsində saxlanılan alimin İran təhlükəsizlik məmurlarının basqısı altında olduğu qeyd olunub.

Beynəlxalq Əfv Təşkilatının bəyanatında İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsini Ejeiyə müraciət olunaraq, Əhmədrza Cəlalinin məhkəmə prosesinin ədalətsiz keçdiyi və ona qarşı irəli sürülən ittihamların işgəncə altında məcburi alınan etiraflar əsasında olduğu bildirilib.

Qeyd edək ki, mayın 4-də İran mediası “İsrailə” casusluq ittihamı ilə edama məhkum olunan və hazırda Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb.

Əhmədrza Cəlali əslən güney azərbaycanlıdır və 2016-cı ildə İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar