Beynəlxalq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yayıb

2022.12.13, 08:24
Beynəlxalq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yayıb

Gunaz.tv

Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika departamentinin direktor müavini, ümumi etirazlarla əlaqədar ədalətsiz saxta məhkəmədən sonra İran hakimiyyəti tərəfindən ictimaiyyət gözü qarşısında edam edilən 23 yaşlı gənc Məcid Rza Rəhnəvərdın edamına münasibət bildirib.

"Məcid Rzanın Rəhnəvərdindəhşətli edamı İranın məhkəmə sistemini ictimaiyyət qarşısında rüsvay etdi. Bu, insanları qorxutmaq və mövcud vəziyyət qarşısında susmağa məcbur edən repressiya vasitəsidir.",-deyə, bəyanatda bildirilib.

Bəyanatda beynəlxalq ictimaiyyətdən İran hakimiyyətinə ölüm hökmlərini dayandırmaq və ləğv etmək üçün təzyiq göstərmək üçün bütün lazımi tədbirləri görmələri tələb edilib.

Timur