İranda etiraz nümayişlərində iştirak etdikləri üçün həbs edilərək saxta ittihamlarla mühakimə olunan daha 14 etirazçını edam təhlükəsi gözləyir.
Əfv Təşkilatı bildirir ki, İranın təhlükəsizlik və məhkəmə orqanları bu məhbuslardan məcburi etiraf almaq üçün onlara işgəncə verilib, ən ağır fiziki və psixi təzyiqlərə məruz qalıblar.
Edam təhlükəsi ilə üz-üzə qalan məhbusların adlarını qeyd edən Beynəlxalq Əfv Təşkilatı, İran hakimiyyət orqanlarının onların ədalətli mühakimədən istifadə hüquqlarını pozduğunu bildirib.
Qeyd edək ki, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 4 etirazçı edam edilib və 528 etirazçı hökumət məmurları tərəfindən öldürülüb.
Timur