Beynəlxalq Əfv Təşkilatı İranla bağlı BMT-ə məktub göndərib

12.11.2022, 05:20

Məktubu dünyanın 220 ölkə və regionundan bir milyondan çox insan imzalayıb.

Gunaz.tv Quote | Gunaz article

İranda ümummilli etirazların geniş şəkildə yatırılmasının davam etdiyi bir vaxtda, 11 noyabrda Beynəlxalq Əfv Təşkilatı Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına ünvanlanmış məktub dərc edib.

Birləşmiş Millətlər Təşkilatının “İnsan Haqları Şurası”na ünvanlanmış məktubda, bu beynəlxalq qurumdan İranda cinayətlərin və sistematik siyasi repressiyaların ölçüləri ilə məşğul olmaq üçün mümkün qədər tez bir zamanda müstəqil insan hüquqları mexanizminin formalaşması istənilib.

Beynəlxalq Əfv Təşkilatı öz bəyanatında İranın xalq etirazlarının dünyanın müxtəlif ölkələrində geniş həmrəyliyə səbəb olduğunu və eyni zamanda İslam Respublikasının təhlükəsizlik qurumları tərəfindən qanlı və geniş repressiyalarla üzləşdiyini bildirib.

Bundan bir gün əvvəl İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığında bu təşkilatın İnsan Haqları Şurasının İrandakı vəziyyətlə bağlı xüsusi iclasının keçirilməsi ilə bağlı xəbərdarlıq edib.

O, İnsan Haqları Şurasının İranla bağlı xüsusi iclasının keçirilməsi ilə bağlı "Qərb hökumətlərinin hərəkətini" rədd edib və İslam Respublikasının "insan hüquqlarının əsl müdafiəçisi" olduğunu iddia edib.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social