SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İranla bağlı yeni açıqlama yayıb

2022.04.12, 11:25
Beynəlxalq Əfv Təşkilatı İranla bağlı yeni açıqlama yayıb

Gunaz.tv

"İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib"-deyə, bəyanatda qeyd olunur.

Açıqlamada İran zindanlarında dünyasını dəyişən 96 məhbusun kimliyinin bilindiyi bildirilir.

Qeyd olunur ki, həbsxanalarda saxlanılan rejimə müxalif məhbusların həyatı təhlükə qarşısındadır.

“Məhkumlara qarşı basqılar, onların tibbi xidmət və dərman preparatları ilə təmin olunmaması bilərəkdən onların həyatına qarşı sui-qəsd və qətldir”-deyə, beynəlxalq təşkilatın bəyanatında qeyd olunub. 

Aprelin 12-də yayılan 108 səhifəlik hesabatda son 12 ildə İran zindanlarında öldürülən çox sayda məhkumdan bəhs edilir və bildirilir ki, zindanlarda ölən, öldürülən məhkumların sayı hesabatda qeyd olunan saydan çox olması mümkündür.

"İran hakimiyyətinin insan həyatına dəhşətli etinasızlığı faktiki olaraq İran həbsxanalarını xəstə məhbusların ölümlərini gözləmə otaqlarına çevirib və ölümcül xəstəlikləri olan məhbusları acınacaqlı vəziyyətə salıb"-deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Diana Əl-Tahavi xəbərdarlıq edib.

Təşkilatın hesabatında rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-nin Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alındığı yazılıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar