SON XƏBƏRLƏR

Beynəlxalq Təhsil Təşkilatı Əli Xameneyidən məhbus müəllimləri sərbəst buraxmağı tələb edib

2022.06.03, 14:15
Beynəlxalq Təhsil Təşkilatı Əli Xameneyidən məhbus müəllimləri sərbəst buraxmağı tələb edib

Gunaz.tv

“Uzun illərdir ki, iranlı müəllimlər yüksək səslə özlərini layiqli iş mühiti  hüquqlarını, işçi və vətəndaş kimi əsas hüquqlarının tanınmasını tələb edirlər. Bütün cəmiyyətlərdə dinc toplaşmaq və təşkilat yaratmaq hüququ əsas hüquqlardan biridir.

Bu hüquqdan istifadə edən həmkarlar ittifaqı fəallarının həbsi Beynəlxalq Əmək Təşkilatının azadlıq və təşkilatlanma hüququnun müdafiəsi haqqında 87 saylı, kollektiv qurumlar yaratmaq hüququna dair 98 saylı bəyannamələrinə ziddir. Bu, İran rəsmilərinin öz vəzifə səlahiyyətlərindən açıq-aşkar su-istifadəsi deməkdir”-deyə, məktubda yazılıb.

Məktub müəllifləri müraciəti Dünya Təhsil Birlikləri Federasiyası adından, dünyanın 178 ölkəsindəki 32 milyon təhsil işçisi tərəfindən yazdıqlarının bildiriblər.

Qeyd edək ki, Müəllimlər həftəsi ərəfəsində, mayın 1-də işləyən və təqaüddə olan müəllimlər və təhsil işçiləri İranın 40-dan çox şəhərində toplaşaraq tələblərinin yerinə yetirilməməsinə etiraz etdikləri üçün onlarla müəllim və bir çox həmkarlar ittifaqı fəalı həbs edilib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar