Beynəlxalq konfransın nümayəndələri Şuşaya gəlib

15.06.2022, 05:58

Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçıları iyunun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər ediblər.

Gunaz.tv Quote | Gunaz article

YAP-dan verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri – Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. 

Məlumat verilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Sonra konfrans iştirakçıları Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri olan Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvana məxsus, XIX əsrə aid evlə tanış olublar. 

Bildirilib ki, kərpic və çaydaşlarından inşa edilmiş tarixi memarlıq abidəsi 1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi bu binada fəaliyyətə başlayıb.

1987-ci ildə binada əsaslı təmir-bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyət göstərib. 

Qeyd olunub ki, Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsb edilib.

Daha sonra qonaqlar Şuşa qala divarlarını ziyarət ediblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb.

Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Sonda konfrans iştirakçıları Cıdır düzündə olublar. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər.

Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Sözümüz”: “21 Azərdən azadlığa doğru” - VİDEO

2022-12-09

gun az article

Xiyavda milli fəal həbs edilib

2022-12-08

gun az article

Azərbaycanlı fəala işgəncə verilərək məcburi etiraf alınıb

2022-12-08

gun az article

Tələbə hərəkatının fəalı Məhəmməd Şəbahəti saxlanılıb

2022-12-08

gun az article

Təbrizdə həbs edilən xanım fəal Nojan Bəzzazzadə barədə məlumat verilmir

2022-12-08

gun az article

Güneyli fəal Səid Əhmədinəsəb qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022-12-08

gun az article

“Xudafərin körpüsünün hər iki tayında Azərbaycan bayrağı dalğalanacaq”-Əhməd Obalı-VİDEO

2022-12-08

gun az article

“Görüş”də müzakirə: “Azərbaycan Demokrat Firqəsinin apardığı islahat” və “İrandakı etirazların daxili təzadları” -VİDEO

2022-12-08

gun az article

Milli fəal Elyar Qafari müvəqqəti azad edilib

2022-12-08

gun az article

İranda edama məhkum edilən azərbaycanlı işgəncə edilib

2022-12-07

gun az article

Həmədanda 18 yaşlı xanım bloger həbs edildi

2022-12-07

gun az article

“Bəsic”lə “bəluc”un fərqini bilməyənlərin Güney Azərbaycan davası və ya dar ağacından çörək ağacına...-Çingiz Özgür yazır

2022-12-07

gun az article

Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir

2022-12-07

gun az article

İranda qaşqay türklərinə təzyiqlər davam edir

2022-12-07

gun az article

“Özümüz”: “İranda son gəlişmələr və Azərbaycan-İran münasibətləri” - VİDEO

2022-12-07

gun az article

Saleh Fərhadi müvəqqəti azadlığa buraxılıb

2022-12-07

gun az article

Milli fəal Tohid Əmirəmini şərti azadlıqdan imtina edib

2022-12-07

gun az article

Tələbə hərəkatı fəalı Təbriz zindanında aclıq aksiyası keçirir

2022-12-07

gun az article

İranda azərbaycanlı ailəyə edam və ağır həbs cəzası verilib

2022-12-07

gun az article

Zəncanlı mədəni fəal Saleh Fərhadi həbs edilib

2022-12-06