Əziz Şuşa, biz qayıtmışıq!- 29 ildən sonra qalada Azərbaycan bayrağı dalğalanır 

2021-05-08 10:29

Bu gün o taylı bu taylı Azərbaycanın incisi, mədəniyyət beşiyi qədim Şuşa şəhərinin tarixinə yazılmış günlərdən biridir

Gunaz.tv Quote | Gunaz article

1992-ci ilin mayın 8-də qeyrət qalamız olan Şuşa Ermənistan ordusu tərəfindən işğal edilmişdi. O dövrdə Azərbaycan ictimai-siyasi vəziyyət mürəkkəb idi. 

Ölkədə siyasi anarxiya hökm sürürdü. Hakimiyyətdə təmsil olunan Moskvaya bağlı qüvvələr milli ordu quruculuğuna, Qarabağın müdafiəsinə lazımi diqqət ayıra bilmirdi. Xocalı faicəsindən sonra paytaxt Bakıda siyasi xaos güclənmiş, mərkəzi hakimiyyət zəifləmişdi.

Bundan istifadə edən ermənilər Şuşanı işğal etmək üçün “Dağlarda toy” əməliyyatına başladılar. Xainlərin köməyi ilə qədim şəhərimiz Şuşa işğal edildi.
 
Qarabağ hökmdarı Pənahəli xan Cavanşirin rəhbərliyi ilə 1752-ci ildə salınmış Şuşa təbii qala rolunu oynayırdı. Hətta siyasi iradə olsaydı, kiçik bir qüvvə ilə strateji cəhətdən əlverişli mövqedə yerləşən Şuşanı qorumaq olardı. Lakin o zamankı siyasi və hərbi rəhbərlik bunu bacarmadı. Azərbaycan türklərinin saldığı Şuşa şəhərinə sonralar ermənilər də köçməyə başladı. Şuşa 7 iyul 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edilmişdi.  

Lakin Şuşa şəhəri və rayonunda hər zaman əhalinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil etmişdi. İşğalda olduğu 28 ildə ermənilər Şuşanın tarixini saxtalaşdırmağa çalışasalar da buna nail ola bilmədilər. Düz 28 il Şuşa o taylı bu taylı 50 milyonluq Azərbaycan türklərinin sızlayan yarasına çevrilmişdi. 

Şuşanın alınması ilə düşmənin beli qırıldı, sonrakı döyüşlər asanlaşacaq” -  General - Modern.Az Azərbaycan və dünya xəbərləri

Ermənilər artıq Şuşanı özlərininki sayır, hər il 8 mayda hərbi keçid və şənliklər təşkil edirdilər. Düşmən artıq Şuşa itkisi ilə barışdığımızı zənn edirdi. Lakin 28 ildə çox şey dəyişmişdi. Azərbaycan iqtisadi və hərbi cəhətdən Cənubi Qafqazın ən güclüsünə çevrilmişdi.

Bir bir və ya daha çox şəxs və açıq Havada şəkili ola bilər

 

Ermənilər 2020-ci ilin 27 sentyabrında Azərbaycana qarşı hərbi təxribatlara başlayanda daha bir rayonu alıb Azərbaycanın diz çökdürmək xəyalı ilə yaşayırdı. Lakin müzəffər Azərbaycan ordusu düşmənin planın pozdu. 44 günlük Vətən savaşı ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə sonuclandı. 

Mayın 8-də müzəffər Azərbaycan ordusunun Ali Baş komandanı, Prezident İlham Əliyev Azərbaycan xalqına Şuşa müjdəsini verdi. Azərbaycanın ordusunun igid əsgər və zabitləri çətin yerlərdən keçərək, sıldırım qayaları aşaraq namus qalamızı özümüzə qaytarmış, 28 illik həsrətə son qoymuşdu. 

Şuşa Azərbaycan əsgərinin peşəkarlığı, onun gücü və qüdrəti nəticəsində düşmən tapdağından azad edilmişdi. Azərbaycan hərbçiləri dağlardan, meşələrdən, dərələrdən, sıldırım qayalardan keçərək Şuşanı azad etmişdilər. Təsadüfi deyil ki, Ali Baş Komandan yanvarın 14-də Şuşada olan zaman demişdi: "Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər.

Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir".

Şuşanın alınması ayrıca dastandır” – Prezident XTQ-dən danışdı | Yeni Gündəm

Bu gün 28 ildən sonra Şuşada 3 rəngli müqəddəs Azərbaycan bayrağı dalğalanır. Şuşa yenə bizimdi. Yenə Xanın əzəmətli səsi  Şuşadan bütün Qarabağa, bütün Azərbaycan yayılacaq.

Prezident İlham Əliyevin dediyi kimi: “Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncamla Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12

gun az article

Kəlbəcərə keçmək istəyən 5 nəfər saxlanıldı

2021-06-12

gun az article

NATO Ukraynaya dəstək verdi

2021-06-12

gun az article

Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni insident

2021-06-12