SON XƏBƏRLƏR

Zəfər paradı dünyaya verilən aydın mesaj idi - Deputat

2022.12.08, 13:22
Zəfər paradı dünyaya verilən aydın mesaj idi - Deputat

Gunaz.tv

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Zəfər paradının 2-ci ildönümündən danışarkən deyib.  

“Artıq Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrilib. 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq, torpaqlarımızı işğaldan azad edən ordumuz şanlı Zəfərini Bakının Azadlıq meydanından dünyaya nümayiş etdirdi. 

1670489352_432406.jpg

Bu qələbəni Azərbaycan xalqına yaşadan Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Bu gün Azərbaycan ordusu dünyanın 50 güclü ordusundan biridir.

Azərbaycan Ordusu öz gücünü, qüdrətini getdikcə daha da artırır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu bu gün öz torpaqlarını qorumaq, düşməni zərərsizləşdirmək üçün bütün imkanlara malikdir”.

Deputat deyib ki, işğal olunmuş torpaqlarımızda dalğalanan Qələbə bayrağımız da parada gətirilməklə, qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş etdirdi. 

Eyni zamanda Türkiyə prezidentinin iştirakı, iki ölkə rəhbərinin birgə çıxışı, Azərbaycanın mövqeyini dəstəkləyən fikirlərin irəli sürülməsi bu paradın niyyətini və önəmini bir daha artırdı.

“Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi.

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradına 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də qatılmışdı. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. 

44 günlük Qarabağ müharibəsinin ilk günündən son gününədək Türkiyə Azərbaycanın yanında oldu, haqq səsimizə dəstək verdi. İstər Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları, istərsə də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı səsləndiryi fikirlər bizə əlavə ruh və güc verdi.

Türkiyə tək müharibə ərzində deyil, müharibədən sonra da, sülh dönəmində də Azərbaycanın mövqeyini dəstəklədi və tariximizin ən önəmli anında – Zəfər paradında bizimlə bir yerdə oldu. 

Azadlıq meydanında hər iki ölkənin hərbi qüvvələrinin birgə paradı dünyaya verilən aydın mesaj idi”.

Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında  uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir gücə çevrilib.

“Bu Paradın keçirilməsi rəşadətli Ordumuzun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə, müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.

Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!”. (modern)

Aycan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar