SON XƏBƏRLƏR

“Facebook” və “twitter” çoxlu sayda rus və iranlı troll səhifələri bloklayıb

2021.10.20, 07:36
“Facebook” və “twitter” çoxlu sayda rus və iranlı troll səhifələri bloklayıb

Gunaz.tv

GünAz TV: “Facebook” və “twitter” sosial şəbəkələri Rusiya, İran və Venesuela kimi ölkələrdən idarə olunan və Amerika Birləşmiş Ştatlarının siyasətlərinə qarşı fəaliyyət göstərən çoxlu sayda BLOKbağladıqlarını elan ediblər.

 

Məlumatda bildirilir ki, bu iki sosial şəbəkənin daha koordinasiyalı əməkdaşlığı çərçivəsində qeyd edilən 3 ölkədə 2018-ci ildə ABŞ-da keçirilmiş aralıq seçkiləri ilə bağlı saxta xəbərlər yayan çoxlu sayda hesablar da bağlanıb.

 

“Facebook” “twitter” ilə koordinasiyalı şəkildə 783 iranlı istifadəçinin profilini İrandan təlimat alaraq, saxta məlumatlar yaydığına görə bağlayıb.

 

Şirkətin açıqlamasında bildirilir ki, “instagram”da da səhifələri olan bu hesablar özlərini müstəqil media kimi göstərməyə çalışırmışlar. Lakin onlar həqiqətdə İranın içərisindən idarə olunublar.

 

Bu istifadəçilər özlərini yerli media kimi təqdim etsələr də, İranın rəsmi xəbər agentliklərinin məlumatını yenidən öz səhifələrində yerləşdib, Amerika da daxil olmaqla, 26 ölkədə yayımlamaqla məşğul olublar. Təqribən 2 milyon izləyicisi olan bu səhifələr hər biri özlərinin “facebook” və “instagram”da reklamları üçün 30 min dollar civarında pul xərcləyiblər.

 

Bundan əlavə, Amerika, İsrail, Səudiyyə Ərəbistanı və Pakistan əleyhinə təbliğatla məşğul olan 2600 digər iranlı istifadəçilərin profillərinin silindiyi deyilir.

 

Şirkətlərin məlumatında həmçinin qeyd edilən istiqamətlərdə fəaliyyət göstərən minlərlə rusiyalı və venesuelalı istifadəçilərin də profilləri ləğv edildiyi bildirilir. Onlar Amerikada 2018-ci ildə keçirilmiş aralıq seçkiləri barədə saxta məlumatlar yaymaqla məşğul imişlər. Eləcə də, Amerikada qeydiyyatdan keçmiş hesablar tərəfindən bu istiqamətdə paylaşılmış 6000 post da şirkətlər tərəfindən silinib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar