SON XƏBƏRLƏR

Fars dili və ədəbiyyatını inkişaf etdirmək üçün bu orqanlara illik büdcə vəsaiti ayrılır

2021.10.20, 07:36
Fars dili və ədəbiyyatını inkişaf etdirmək üçün bu orqanlara illik büdcə vəsaiti ayrılır

Gunaz.tv

GünAz TV: İranda asimilasyon siyasəti ilə qeyri-fars dillərini zəiflədərək sıradan çıxarılmasına cəhd edildiyi halda fars dilinin günləndirilməsi üçün bir çox addımlar atılır.

 

Bu itiqamətdə dövlət bir neçə orqana külli miqdarda vəsait verərək fars dilinin gücləndirilməsini tələb edir. Həmin orqanlar “Fars dili və ədəbiyyatı mədəniyyət evi”, “İslami İrşad və Mədəniyyət Nazirliyi”, “Mətbuat, Nəşriyyə və Kitabların nəşr edilməsini himayə edən Qurum”, “İncəsənət Qurumu”, Təhsil Nazirliyi”, “Teleradio Şirkəti” və “Sədi Fondu”ndan ibarətdir.

 

“Xorasan” qəzetinin yaydığı məlumatda bildirilir ki, cari ildə dövlət tərəfindən Fars Dili və Ədəbiyyatı Mədəniyyət Evinə 224.560, İslami İrşad və Mədəniyyət Nazirliyinə 14.862.160, Mətbuat, Nəşriyyə və Kitabların nəşr edilməsini himayə edən Quruma 2.855.000, İncəsənət Qurumuna 875.000, Təhsil Nazirliyinə 458.313.339, Teleradio Şirkətinə 19.905.100 və Sədi Fonduna 127.600 milyon rial məbləğində vəsait ayrılıb.

 

Qeyd olunan vəsait adı çəkilən 7 orqanın ümumi büdcəsi deyil, bu məbləğ yalnız fars dilinin həmin orqanlar tərəfindən gücləndirilib yayılması üçün nəzərdə tutulub.

 

Cədvəldə göründüyü kimi, fars dili ilə bağlı büdcə vəsaitinin məbləği ölkədə iqtisadi gərginliklə bağlı nəinki azalmır, hətta ildən ilə artır.

 

İranda fars dilindən fərqli olaraq qeyri-fars dillərinə təmami ilə fərqli münasibət bəslənilir. Bu dillər təkcə dövlət dəstəyindən məhrum deyil, onlar həm də dövlət zərbəsi altında özünü qoruyub saxlamağa məcburdur. Ölkənin təkdilli təhsil sistemi yalnız fars dili və ədəbiyyatının inkişafına xidmət edir. Başqa dillərdə təhsil almaq qadağandır, bu dillər, xüsusi ilə türk dili hətta bir dərslik kimi də məktəblərdə tədris olunmur. Ana dildə təhsil tələb edən mədəni fəallar isə rejim tərəfindən saxlanılır, onlar ağır həbs cəzası ilə üzləşir və müxtəlif təzyiqlərə məruz qalır.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar